SOSİUM

Azərbaycanda bu sahələrdə çalışanlara daha yüksək maaş verilir – SİYAHI
11 İYUL
1686

Azərbaycanda bu sahələrdə çalışanlara daha yüksək maaş verilir – SİYAHI

2017-07-11 16:32:00

2017-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 525,2 min nəfər olub, onlardan 886,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda,638,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, muzdla işləyənlərin

- 21,9 faizi təhsil,

- 19 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri,  

- 12,6 faizi sənaye,

- 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi,

- 7,1 faizi dövlət idarəetməsi və müdafiə;

- sosial təminat,

- 7,1 faizi tikinti,

- 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı,

- 3,5 faizi peşə, elmi və texniki fəaliyyət,

- 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq,

- 1,6 faizi maliyyə və sığorta fəaliyyəti,

- 10,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olurlar.

2017-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,3 faiz artaraq 520,1 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293