SOSİUM

Özünüməşğulluq proqramına qoşulanların sayı – AÇIQLANDI
20 İYUN
305

Özünüməşğulluq proqramına qoşulanların sayı – AÇIQLANDI

2017-06-20 13:58:00

Özünüməşğulluq proqramı çərçivəsində yaradılan fərdi təsərrüfatların sayı artıb. Fins.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Nazir bildirib ki, bu günədək proqramı çərçivəsində artıq 60-dan çox rayon və şəhər üzrə 730 nəfərə qədər işsiz və işaxtaran şəxsin aktivlərlə (mal və materiallarla) təminatı həyata keçirilib.

“Onların hər biri verilmiş mal və materiallar əsasında ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını biznes-planlarında nəzərdə tutulan qaydada formalaşdıra biliblər”.

S.Müslümov bildirib ki, proqram çərçivəsində 1400 nəfərə yaxın şəxsin özünüməşğulluğuna şərait yaradılması nəzərdə tutulub:

“Bildiyiniz kimi “İşsizlikdən sığorta haqqında” Qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Əgər digər oxunuşlarda qanun layihəsi qəbul olunarsa, bu qanunun 2018-ci il yanvar ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Yeni qanun özünüməşğulluq sahəsində işləri daha geniş müstəvidə davam etdirməyə də əsas yaradacaq. Belə ki, Qanunun qüvvəyə minməsi işsizlikdən sığorta haqları hesabına toplanmış vəsait hesabına iki istiqamətdə mühüm addımların atılmasına təminat verəcək. Yəni, bir tərəfdən müəssisənin ləğvi və ya işçilərin sayı, yaxud ştatların ixtisarı nəticəsində işini itirmiş şəxslərin işsizlik müavinəti ilə təmin olunmasına, digər tərəfdən aktiv məşğulluq tədbirlərinin, xüsusən özünüməşğulluq proqramının əhatə dairəsini xeyli genişləndirməyə imkan yaradacaq. Bununla il ərzində təqribən 5-6 min nəfərin özünüməşğulluq proqramına cəlb edilməsi mümkün olar”.

Xatırladaq ki, adışəkilən proqram ölkə başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən reallaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9983
  • ₽ RUB
    0.0287