SOSİUM

Müəllimlərin əmək haqlarının gecikməsinin səbəbi açıqlanıb
11 NOYABR
552

Müəllimlərin əmək haqlarının gecikməsinin səbəbi açıqlanıb

2016-11-11 16:21:00

Bakı şəhəri üzrə Təhsil İdarəsi bu ay müəllimlərin əmək haqlarının gecikdirilməsinin səbəbini açıqlayıb.

BŞTİ-dən bildirilib ki, maaşların gecikməsinin səbəbi yeni dərs ilində (2016-2017-ci tədris ili) sinif və şagird kontingenti barədə məlumatların emalı prosesi ilə əlaqədardır. Emalı prosesi başa çatan bütün təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqları onların bank hesablarına köçürülüb

Digər müəllimlərin əməkhaqları isə növbəti iki gün ərzində onların bank hesablarına köçürüləcək. Bu isə o deməkdir ki, paytaxt müəllimləri gələn həftədən əmək haqlarını tam şəkildə əldə edə biləcəklər.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272