SOSİUM

«Varlı olmaq üçün 10 ili qurban verməyə hazıram» – SORĞU NƏTİCƏSİ
10 OKTYABR
1758

«Varlı olmaq üçün 10 ili qurban verməyə hazıram» – SORĞU NƏTİCƏSİ

2016-10-10 11:34:00

Azərbaycan vətəndaşları varlı və təminatlı yaşamaq üçün bir neçə il əziyyət çəkməyə razıdırlar. Fins.az-ın Facebook səhifəsində keçirilən sorğuya verilən cavablar belə deməyə əsasən verir.

«Həyatınızın qalan hissəsini varlı və təminatlı yaşamaq üçün ömrünüzün neçə ilini qurban verməyə hazırsınız?»  sualı verilən sorğuda iştirakçıların əksəriyyəti hesab edir ki, pul qazanmaq üçün müəyyən dövr əziyyət çəkmək təbiidir. Bəziləri isə yaxşı yaşamaq üçün həyatlarının bir hissəsindən imtina etməyə də hazırdılar.

İştirakçıların əksəriyyəti əmindir ki, çox işləyərək varlı olmaq, hətta milyon qazanmaq olar. Amma arzu olanan gəlir və buna sərf edilən müddətlə bağlı fikirlər fərqlənir.

Djamil Şirvanov adlı 32 yaşı olan istifadəçi bildirir ki, milyonçu olmaq üçün 10 il çalışmağa hazırdır: «Milyonçu olmaqçün 10 il çalışaram. amma məqsədim buna 5 ilə çatmaqdı. İnanıram ki, bunu edəcəm».

Emin Xelil adlı istifadəçi isə o qədər böyük məbləğ arzusunda deyil: «kasib qohum və qonşularıma  kömək etmək üçün pulum olsa kifayətdir».

İnternet vasitəsilə yayılan müxtəlif investisiya layihələrinin iştirakçısı Səbuhi Kairosmenin isə milyon qazanmağa öz baxışı var. Onun sözlərinə görə, diplomlu iş və ya dövlət strukturlarında çalışmaqla milyon qazanmaq olmaz, bunu üçün şəxsi biznes olmalıdır: «Varlı və təminatlı yaşamaq üçün gərək öz işinin ağası olasan.Azı 3 ilini qurban verəsən».

Bəzi istifadəçilər isə ümumiyyətlə  var-dövlətin artıq olduğunu düşünürlər. Rauf Ceferov adlı istifadəçi belə hesab edir.

Orxan Ali və Khudiyev Babek adlı istifadəçilər buna görə, ömrün heç bir ilini sərf etmək istəməzdi. Nazifa İsayeva isə bildirir ki, borcun olmaması və şəxsi evin olması xoşbəxt yaşamaq üçün kifayətdir.

Amma heç də bütün istifadəçilər belə düşünmürlər, sorğu iştirakçılarının bir hissəsi sonda təminatlı yaşayış qazanmaq üçün böyük müddət sərf etməyə hazırdırlar. Məsələn, Glğ Mir adlı istifadəçi milyon qazanmaq üçün həyatın qalan hissəsinin 60 faizini, Nazim Zakir Oqlı Zeynalov 15 ilini qurban verməyə hazırdır.

Qadji İsmaylov optimal müddət kimi 5 ili qurğan verməyi mmükün sayır, bir şərtlə ki, bunun nəticəsi olsun. 

Vuqar Eliyev adlı istifadəçi isə 3 təminatlı həyat üçün əvvəlcədən 3 ili itirməyə normal baxır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270