SOSİUM

Astara bələdiyyəsi 82 min manat cərimə olundu
31 AVQUST
393

Astara bələdiyyəsi 82 min manat cərimə olundu

2016-08-31 18:27:00

Astara bələdiyyəsi  82 min manat cərimə edilib. Fins.az xəbər verir ki,  bu barədə bələdiyyənin sədri Aygül Məmmədova məlumat verib.

Bildirib ki, məhkəmə icraçıları 36 min manat büdcəsi olan Astara bələdiyyəsinin bütün bank və poçt hesablarına həbs  qoyub. Sədrin sözlərinə görə, yalnız əmək haqqlarını götürməyə imkan verilib:

“Belə olan halda bələdiyyə necə fəaliyyət göstərə bilər?  Şikayətçilərə necə kömək edə bilər?  Abadlıq və s. işləri necə  görə bilər. Sabiq sədrin atdığı yalnış addımlara görə niyə biz əziyyət çəkməliyik? Fikrimcə, hər kəs gördüyü əmələ görə özü cavab verməldir.

A.Məmmədova deyib ki,  məhkəmə sabiq bələdiyyə sədri üçün ödənilməmiş 9 min  manat əmək haqqı da hesablayıb. 

"Belə şəraitdən çıxmaq üçün nə qədər addım atsaq da vəziyyətdən çıxa  bilmirik.”

 

 

Mənbə: Belediyye.info

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272