SOSİUM

Su ehtiyatları üzrə regionda ən kasıb ölkə – AZƏRBAYCANDIR
30 AVQUST
583

Su ehtiyatları üzrə regionda ən kasıb ölkə – AZƏRBAYCANDIR

2016-08-30 12:39:00

Dünya Bankı Azərbaycanı ən az şirin su ehtiyatı olan ölkələrin sırasına daxil edib. Hətta region üzrə şirin su hövzələrinin səviyyəsi baxımından da ən kasıbı Azərbaycandır. 

Araşdırmalara əsasən, «Şirin su ehtiyatlarının yenilənməsi üzrə adambaşına düşən" göstərici ölkəmizdə  851 kubmetrdir. Müqayisə üçün qeyd edəık ki, İranda bu göstərici 1634 m3, Ermənistanda 2258 m3, Türkiyədə 2928 m3, Gürcüstanda 15597 m3, Rusiyada  29989 m3-dir.

Şirin su ehtiyatlarına malik ölkələr sırasında  İslandiya (519265 m3), Qayana  (315489 m3) və Papua - Yeni Qvineya (107321 m3) liderlərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272