SOSİUM

Əmək haqqınızın artırılması üçün nə etməlisiniz? – 15 MƏSLƏHƏT
26 AVQUST
762

Əmək haqqınızın artırılması üçün nə etməlisiniz? – 15 MƏSLƏHƏT

2016-08-26 20:00:00

Çox sadə məsləhətlər sizin aylıq gəlirinizin artması şansına dəstək olacaq.

Yaşayış qiymətlərinin artması fonunda əmək haqqları getikcə az görünür. Əlxəsus əgər son maaş artımızından bir neçə il keçibsə. Bir çox şirkətlər bu gün iqtisadi böhran keçirirlər. Böhranın bitməsini gözləmək və ya yeni imkanları dəyərləndirmək burada seçim sizindir. Bəlkədə indiki iş yerinizin əlavə müsbət cəhətləri var və bu cəhətlərə görə də bir az daha səbr etmək olar. Lakin həmkarlarınızın maaşları artır, sizin əmək haqqınız isə olduğu kimi qalırsa demək artım istəməyin vaxtı çatıb.

Sizin maaş artımı əldə etməyinizə yardımçı olacaq məsləhətlərlə tanış olun.

1. İşə bir qədər tez gəlin

Davamlı olaraq işə gecikən əməkdaşlar maaş artımına ümid etməyə bilərlər. Amerika Psixoloji Assosiasiyasının araşdırmasının nəticələrinə görə, işə vaxtından bir qədər tez gələnləri daha məsuliyyətli hesab edirlər.

2. Stresli vəziyyətdə özünüzü itirməyin

“Stresli vəziyyətdə mən özümü necə aparıram?” bu sualı özünüzə ünvanlayın. Bir qayda olaraq rəhbərlik gündəlik iş stresinin öhdəsindən gələn və özünü itirməyən əməkdaşlara güvənirlər.

3. Müsbət əhval-ruhiyyədə olmağa çalışın

Digər detallarla yanaşı, rəhbərlik işə müsbət əhval-ruhiyyədə gələn əməkdaşları hər gün şikayətlənənlərdən daha üstün tuturlar.

4. Qeybətdən çəkinin

Kofe və çay fasiləsi zamanı özünüz də fikir vermədən digər əməkdaşlarla birgə şirkətdə baş vermiş son hadisələr haqqında qeybət edəcəksiniz. Bundan çəkinin. Rəhbərlik çox vaxt qeybətçiliklə məşğul olanlara fikir verir.

5. Məhsuldar işçi olun

Sizin gündəlik işinizə göstərdiyiniz diqqət və zəhmət sabah rəhbərliyin sizin maaşınızın artırılması barədə müsbət rəyi ilə yekunlaşa bilər. Ona görə də iş tapşırıqlarına köklənin və onların yerinə yetirilməsi üçün verilmiş zaman müddətinə uyğunlaşın.  

6. Bütün işlərdə iştirak etməyə çalışın

Şirkətdə həyata keçirilən bütün işlərdə iştirak etməyə çalışın. İclaslara qatılın, korporativ şənliklərdə söhbətcil olun, yeni əlaqələr qurun. Əgər rəhbərliyin gözündə dəyərli işçi kimi görünsəniz, maaş artımı namizədləri sırasında birinci olmaq şansınız var.

7. Problemləri həll edin

İş prosesində əmələ gələn problemləri həll edən bilən əməkşdalar hər zaman və hər yerdə qiymətləndirilirlər. Kömək lazım olanda müraciət ediləcək bir adam olmağa çalışın.

8. Öz dəyərinizi artırın

Rəhbərlikdən maaşınızın artırılmasını istəməyi düşünürsünüzsə, öncəd onun gözündə öz dəyərinizi artırmağa çalışın. Yeni bilik və bacarıqlar əldə etməyə çalışın. Sonra rəhbərliyinizə yenilənmiş CV-nizi təqdim edin.

9. İş kollektivinin bir hissəsi olun

İş yoldaşlarınızın problemləri olanda siz onlara kömək edirsiniz? Unutmayın ki, komanda da işləmək bacarığı ümumi kütlədən fərqlənmək bacarığı qədər vacibdir.

10. Rəhbərliklə əlaqədə olun

Siz 10 nəfərin əvəzinə işləyə bilərsiniz, lakin rəhbərliyinizin bundan xəbəri yoxdursa bunun mənası yoxdur. Rəhbərliyinizi gündəlik gördüyünüz iş haqqında xəbərdar edin, kiçik hesabatlar tərtib edib onlara təqdim edin. Əgər söhbət vacib və uzunmüddətli layihədən gedirsə bu sizin vərdişiniz olmalıdır.

11. Başqaları ilə dil tapmağı, ortaq məxrəcə gəlməyi bacarın

İş yoldaşlarınıza təkcə kömək yox, onlarla münaqişələrdən də uzaq olmağa çalışın. Əgər siz davamlı olaraq iş yoldaşınızla yola getmirsinizsə rəhbərliyin gözündə bu mənfi təəssürat yaradacaq.

12. Geyim qaydaları (dress-kod) riayət edin

 “OneTeam” 2013-cü ildə keçirdiyi soruğunun nəticələrinə görə 80% şirkət rəhbərləri etiraf ediblər ki, əməkdaşlarının maaşlarının arıtırılması onların xarici görkəmlərindən bir başa asılıdır. Hər gün təmiz və səliqəli geyinin. 

13. Özünüzü tanıdın

Maaş artımı əldə etməyin ən yaxşı variantlarından biri yeni vəzifəni icra etməkdir. Buna görə də iş yerinizdə yeni vakansiya və vəzifələrə diqqət edib, əgər onlardan hər hansısa biri sizin ixtisasa uyğundursa ora müraciət etməkdən çəkinməyin.

14. Xahiş etmək çəkinməyin

Əgər əməkdaşı olduğunuz şirkətin maliyyə məsələləri yaxşı vəziyyətdədirsə maaşınızın artırılması xahiş edin. Şirkət üçün sizin niyə dəyərli əməkdaş olduğunuzu qeyd edin və işinizə aid müsbət detalları vurğulayın.

15. Vaxtında getməyi bacarmaq lazımdır

Bütün səylərə baxmayaraq, elə bir vaxt gəlir ki, sizin şirkətdə, bu vəzifədə qalıb, işləməyiniz mənasızdır. Əgər çıxış yolu görmürsünüzsə yeni imkanları dəyərləndirin.

Maaş artımı hələ heç kimə maneəçilik etməyib. Bu məsləhətlərin dərhal 100% effektiv olacağına zəmanət verilməyib. Lakin bu məsələhətlərə riayət etsəniz karyera və  maaş artımı şanslarınız arta bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275