SOSİUM

Sabah bu rayonlarda qaz olmayacaq
23 AVQUST
1020

Sabah bu rayonlarda qaz olmayacaq

2016-08-23 18:49:00

Sabah Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Fins.az-ın SOCAR-a istinadən məlumatına görə, avqustun 24-də saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Padar”, Astara Magistral qaz kəmərləri sahəsinin “RVO” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Ağsu rayonun Padar və Nəmirli, Lənkəran rayonun Rvo, Narbağı və Qrumba, Lerik rayonun Piran kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272