SOSİUM

Xaricə təhsilə gedənlər üçün - MÜHÜM YENİLİK
20 İYUL
1923

Xaricə təhsilə gedənlər üçün - MÜHÜM YENİLİK

2016-07-20 11:12:00

Xaricdə təhsil alan azərbaycanlıları maraqlı yenilik gözləyir. Təhsil Nazirliyindən (TN) fins.az-a verilən xəbərə görə, başqa ölkədə alınan diplomların tanınması (nostrifikasiya) ilə bağlı yeni qaydalar hazırlanıb.

TN Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Samir Vəliyev bildirdi ki, yeni qaydalara əsasən, xarici ölkələrdə fəaliyyət göstərən 500 ali təhsil müəssisəsinin siyahısı hazırlanıb: “Həmin siyahıda adı çəkilən universitetlərin diplomu Azərbaycanda tanınacaq. Siyahıda olmayan ali məktəbi bitirənlər isə TQDK-nın xətti ilə xüsusi qaydada imtahan ediləcək”.

Eləcə də bax: Azərbaycanda hansı xarici universitetlərin diplomu tanınmır?

S.Vəliyev qeyd etdi ki, bununla bağlı layihə təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim edilib.

Xatırladaq ki, indi diplomların tanınması “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları”na əsasən aparılır. Burada konkret siyhı olmadığından bütün xarici universitetlərin məzunları uzun sürən yoxlama-qiymətləndirmə prosesindən keçir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270