SOSİUM

Azərbaycanın təyyarəsi qəzaya düşdü - ÖLƏNLƏR VAR - RƏSMİ
19 MAY
763

Azərbaycanın təyyarəsi qəzaya düşdü - ÖLƏNLƏR VAR - RƏSMİ

2016-05-19 02:27:00

Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.

“Silk Way” şirkətinə məxsus АН-12 yük təyyarəsi mühərriklərin sıradan çıxması səbəbilə Kabildə havaya qalxarkən qəzaya düşüb. Ekipaj üzvlərindən 2 nəfər (ukraynalı) ağır vəziyyətdədirlər, digər üzvlər isə vəfat edib”. İlkin məlumata görə, təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.

Azərbaycanın Dövlət Milli Aviasiya Administrasiyası “Silk Way” aviaşirkətinə məxsus təyyarənin Kabildə qəzaya uğraması ilə bağlı məlumat yayıb:

“Qeyri-dəqiq məlumata görə, Əfqanıstanın Gilmənd əyalətində Əfqanıstan daxilində yük daşımaları məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsində aviasiya hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Məlumat Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədədir.

İcarəyə götürülən təyyarə beynəlmiləl heyət tərəfindən idarə olunurdu. Heyətin tərkibinə Özbəkistan vətəndaşı (kapitan), üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir.

Azərbaycan Dövlət Milli Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.

Komissiya əlavə məlumatı KİV-in diqqətinə çatdıracaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270