SOSİUM

Bahalı əşya tapan şəxs onun sahibindən nə tələb edə bilər?
16 MAY
314

Bahalı əşya tapan şəxs onun sahibindən nə tələb edə bilər?

2016-05-16 13:59:00

Qanunvericiliyə əsasən, itirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə, onun mülkiyyətçisinə, səlahiyyətli şəxsə və ya əgər mülkiyyətçi məlum deyilsə, polisə dərhal xəbər verməli və həmin əşyanı verməlidir. Fins.az-ın məlumatına görə, hüquqşünas Asif Abdullayev bildirib ki, əşyanı tapan şəxs məlumat verdiyi tarixdən sonra bir il ərzində əşyanın mülkiyyətçisi aşkar edilmədikdə, əşyanı tapan şəxs onun mülkiyyətçisi olur  (əşyanı tapan şəxsə mülkiyyətçinin məlum olduğu və ya mülkiyyətçinin əşyaya hüququnun artıq polisə bildirildiyi hallar istisna təşkil edir). Mülkiyyət hüququnun əldə edilməsi ilə bir vaxtda həmin əşyaya bütün başqa hüquqlara xitam verilir.

Əşyanı tapan şəxs bu barədə məlumat verməyə borcludur. Məlumat verdiyi halda, səlahiyyətli şəxsdən qanunla nəzərdə tutulmuş, həmin əşyanın 5%-i dəyərində bəxşiş almaq hüququna malik olur, məlumat vermədikdə, əşyanı gizlətməyə çalışdıqda isə, bəxşiş almaq hüququndan məhrum olur.

Əşyanın sahibi tapılmadıqda və onu tapan şəxs mülkiyyətçi olmaq istəmədikdə, səlahiyyətli orqan həmin əşyanı auksionda satır.

Bakı Şəhər Baş Polis İdarəsinin tabeliyində Tapıntılar Bürosu fəaliyyət göstərir. Büronun əsas vəzifəsi fiziki və hüquqi şəxslərdən daxil olmuş tapılmış əşya və sənədlərin qəbulu, uçotu, saxlanılması və sahiblərinə qaytarılmasından ibarətdir və qeyd edilən xidmətə görə dövlət rüsumu nəzərdə tutulmur. 

Mənbə: "Marja"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272