SIĞORTA

Üç ayda icbari sığorta ödənişləri 16 milyon olub - FİNS
08 MAY
270

Üç ayda icbari sığorta ödənişləri 16 milyon olub - FİNS

2019-05-08 15:43:00

Yanvardan mart ayına qədər könüllü sığorta bazarı üzrə haqlar 130 mln, ödənişlər 29.9 mln. manat təşkil edib. Fins.az xəbər verir ki, bu Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı açıqlamada bildirilib.

Yayılan nəticələrdə tək könüllü sığorta yox, həm də icbari sığorta bazarı üzrə haqlar barədə də məlumatlar qeyd olunub. Belə ki, 3 ayın nəticələrinə görə, icbari sığorta bazarı üzrə haqlar 71.2 mln. manat, ödənişlər isə 16.3 mln. manat olub.

2019-cu ilin yanvar-mart aylarında sektor üzrə məcmu sığorta haqlarının 64.6%-i könüllü, 35.4%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 64.7%-i könüllü, 35.3%-i icbari sığorta növləri hesabına formalaşıb.

Beləliklə könüllü sığorta haqlarında artım ötən ilin yanvar-mart ayları ilə müqayisədə 2019-cu ilin yanvar-mart ayında tibbi sığorta 19.5% (9.3 mln. manat), icbari sığorta haqlarında isə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta 54.9% (4.6 mln. manat) artıb.

                                                                                         Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır