SIĞORTA

Almaniyadan maşın gətirəndə sığortalamaq olar ? - Yük sığortası
06 FEVRAL
570

Almaniyadan maşın gətirəndə sığortalamaq olar ? - Yük sığortası

2019-02-06 17:55:00

Daşınan yüklərin riskini görə tariflər dyişir. Sığorta şirkətlərin özlərinin qoyduğu daxili tarifə görə dəyişir. Yəni icbari sığorta kimi konkret tarif yoxdur. Fins.az xəbər verir ki bunu sığorta mütəxəssisi Ceyhun Əsgərov bildirib.

Yük daşıma sığortası Azərbaycanda geniş yayılmayıb. Bu növ sığorta şirkətləri üçün olduqca maraqlı sahədir. Çünki riskliliyi elə də çox deyil amma gəlirlilik baxımdan xeyirlidir.

Yük sığortasının üstünlüyü nədir?

Misal üçün iş adamı  Azərbaycandan Rusiyaya məhsul aparır bu zaman yolda hər şey başa verə bilər yükü aparan maşın qəzaya düşə bilər və yaxudda başqa hansısa hadisə baş verər bilər və sahibkar maddi ziyanla üzləşə bilər. Lakin sığortası olan şirkət bütün pis hadisələrdən sığortalanmış olur. Belə ki, yük sığortasında yük çıxdığı yerdən təhvil veriləcəyi məkana qədər sığortalı olur. Yükün hansı nəqliyat vasitəsi ilə daşınmasından asılı olmayaraq. Lakin nəqliyyat vasitəsinə görə, yükün sığorta haqqı dəyişir. Misal üçn gəmi ilə gələn yükün yük maşını ilə daşınması arasında fərq çoxdu. Çünki yük maşınında risk çoxdu.

Yük  necə sığortalanır ?

Bu tip sığorta növlərində yükün səfəri üçün ödənilir. Yəni illik sığorta üçün pul ödənmir. Bu da daşınan məhsulun riskliliyindən, qiymətindən  və daşınan nəqliyyat növündən asılıdır.

Misal üçün bir dəfə belə olmuşdu ki, Belarusiyadan Azərbaycana qatarla çoxlu sayda lüstur gətirilirdi. Lakin yolda sıxılma baş verdiyindən lüsturlar qırılmışdı. Xoşbəxtlikdən məhsullar sığortalı olduğundan həmin məhsulların sahibi 100 min manat sığorta ödənişi aldı.

Xarici ölkələrdə bu növ sığortaya maraq nə qədərdir?

Xarici ölkələrdə bir iki növdən başqa əksər sığorta növləri könüllüdür. Avropada bir vətəndaşın sığorta vaxtı bitəndə gecəni yatmır ki, birdən gecə ərzində nəsə olar və zərəri bağlaya bilməz. Səhər açılan kimi isə dərhal sığorta şirkətinə gedir.

Almaniyadan və ya başqa ölkədən maşın gətirirəmsə sığortalaya bilərəm?

Əgər avtomobili  karqo ilə gətirirsizsə yük sığortası məhsulundan faydalana bilərsiz. Əgər maşını sürərərk gətirəcəksizsə o zaman yük sığortasını tətbiq etmək olmaz deyə ekspert qeyd etdi.  

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259