SIĞORTA

A-QROUP 60 Sığortalının onkoloji xəstəliyinin müalicəsini ödəyib
08 YANVAR
479

A-QROUP 60 Sığortalının onkoloji xəstəliyinin müalicəsini ödəyib

2019-01-08 15:02:00

2018-cı ilin yekunlarına görə A-Qroup 60 onkoloji xəstənin müalicəsini ödəmişdir.

Xəstliyin ilkin mərhələlərində diaqnostikanın, ixtisaslı tibbi yardımın göstərilməsi və cəld maliyyə köməyinin olması halında qoyulmuş qorxunc diaqnozdan sonra belə yaşamaq şansı kifayət qədər böyükdür.

A-Qroup öz Sığortalılarına maliyyə köməyi göstərərkən məhz bunu rəhbər tutur. Sığortalılar Azərbaycanın və Türkiyə,Rusiya, Almaniya, İsrail və başqa ölkələrin ən yaxşı klinikalarında müayinə və müalicə olmuşlar.

A-Qroup onların hamısının tezliklə sağalmalarını arzu edir və yaddan çıxartmaq da lazım deyil ki, onkoloqiya - hökm deyil və onun müvəffəqiyyətli müalicəsinə həmişə şans var.

Xatırlatmaq istərdik ki, A-Qroup 23 ildən artıq öz müştərilərinin qayğısına qalan və onları dünya standartlarına cavab verən ixtisaslaşmış servislə təmin edən şirkət olaraq qalmaqdadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269