SIĞORTA

Sığorta şirkətinin İdarə Heyətinin sədri Amerika Ticarət Palatası tərəfindən mükafata layiq görülüb
08 YANVAR
514

Sığorta şirkətinin İdarə Heyətinin sədri Amerika Ticarət Palatası tərəfindən mükafata layiq görülüb

2019-01-08 11:24:00

AZSIĞORTA şirkətinin İdarə Heyətinin sədri Anar Talıbov Azərbaycandakı Amerika Ticarət Palatası tərəfindən (AmCham) “Ağ Sənəd” 2018 sənədinin hazırlanmasına verdiyi töhfəyə görə xüsusi mükafata layiq görülmüşdür.

“Ağ Sənəd”, ölkənin iş mühitini yaxşılaşdırmaq məqsədilə, iqtisadiyyatın bir çox sektorlarını əhatə edən AmCham-ın tövsiyələrindən ibarət bir sənəddir. Bu tövsiyələr AmCham-ın İcra Komitəsinin, Direktorlar Şurasının, komitə sədrlərinin və AmCham üzvlərinin iştirakı ilə hazırlanır. “Ağ Sənəd” hər 2 ildən bir dərc edilir və ilk belə sənəd 2005-ci ildə təqdim edilmişdir.

Mükafat, dekabrın 20-də Bakıda Ticarət Palatasının nümayəndələri üçün təşkil edilən işgüzar nahar zamanı AmCham-ın Azərbaycandakl rəhbəri Nuran Kərimov tərəfindən təqdim edilmişdir.

1996-cı ildə yaradılan Azərbaycanda Amerika Ticarət Palatası ölkədə xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən aparıcı özəl və qeyri-kommersiya təşkilatıdır. AmCham, Azərbaycan iqtisadiyyatının bütün sahələrində fəaliyyət göstərən 270-dən çox şirkətdən (daimi və əlaqəli üzvlərindən) ibarətdir.

AmCham tədbirlərində vergi və gömrük, bankçılıq, maliyyə və sığorta, insan resursları, informasiya və kommunikasiya texnologiyaları, turizm, korporativ sosial məsuliyyət, səhiyyə və tibb sahəsində müntəzəm olaraq müzakirələr aparılır.

Qeyd edək ki, AZSIĞORTA Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərir, ən sabit və çoxprofilli şirkətlərdən biridir və ölkənin TOP-5 sığorta şirkətlərinə daxildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264