SIĞORTA

Bu sığorta şirkəti kütləvi sayda işçi axtarır
18 DEKABR 2018
763

Bu sığorta şirkəti kütləvi sayda işçi axtarır

2018-12-18 16:24:00

Fins.az Banker.az-a istinadən xəbər verir ki, yeni yaranmış Xalq Sığorta şirkəti çoxlu sayda vakansiya elan edib. Vakansiyaları təqdim edirik. 

Əməliyyat şöbəsinə mütəxəssis

Əsas vəzifə öhdəlikləri

– Sığorta müqavilələrinin düzgün yazılması;
– Məlumat bazasına məlumat daxil etməklə müqavilələr üzrə məlumatların işlənilməsi;
– Sənədlərin dəqiqliklə yoxlanılması.
– Müştəri qəbulu və sənədlərin ekspertizası
– Dövlət orqanları, banklara, müvafiq orqanlara sorğu və məktubların hazırlanması
– Sığorta aktlarının, rəylərinin, imtina məktublarının hazırlanması
– Müəyyən edilmiş qaydada sığorta müqavilələri ilə bağlı ərizə və digər sənədləri qəbul etmək
– Ofis üzrə ciddi hesabat hlanklarının dövriyyəsinə nəzarət

Namizədə tələblər

– Yaş: 20-35
– Cinsi: Xanım
– Təhsil: Ali
– İş təcrübəsi: müştəri xidmətləri üzrə iş təcrübəsi olanlara üstünlük verilir
– Dil bilikləri: Azərbaycan, İngilis, Rus (əla)
– Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

– Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
– Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
– Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
– Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
– Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Şərtlər:

– Əmək müqaviləsi bağlanılır
– İş vaxtı: 09:00-dan 18:00-dək
– İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “əməliyyat şöbəsinə mütəxəssis” qeyd etmələri xahiş olunur.

Təkrarsığorta və anderrayter

Namizədə tələblər

• Təhsil: Ali  ( riyaziyyat və ya  iqtisadiyyat sahəsində )
• Yaş: 23-35
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla) və İngilis dili (əla)
• Microsoft Office proqramlarını bilmək
• Bazar iqtisadiyyatının prinsplərini bilmək
• Cİİ sertifikatlarına malik olmaq
• Sığorta qanunvericiliyini bilmək

Əsas vəzifə öhdəlikləri

• Çıxan fakultativ / obliqator təkrarsığorta müqavilələrinin hazırlanmasına nəzarət
• Çıxan təkrarsığorta üzrə sığorta haqqı və zərər borderolarının hazırlanmasına nəzarət və təkrarsığortaçalara göndərilməsi
• Satış bloklarından daxil olan sorğuların cavablandırılması
• Risklərin qiymətləndirilməsi və təkliflərin hazırlanması
• Sığorta məhsullarının hazırlanmasında iştirak

Şəxsi keyfiyyətlər

• Analitik təhlil və operativlik bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı müsahibə əsnasında bildiriləcək

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Təkrarsığortaçı və anderrayter” qeyd etmələri xahiş olunur.

Sığorta hadisələrinin tənzimlənməsi üzrə mütəxəssis

– Baş vermiş Sığorta hadisələrini qeydiyyata alınması, qiymətləndirilməsi, sığorta təminatinin müəyyənləşdirilməsi və sığorta müqavilələrinin yoxlanılması
– Sığorta aktlarının tərtib edilməsində iştirak etmək;
– Qiymətləndirmə ilə əlaqədar müştərilərlə yarana biləcək mübahisələrin həlli istiqamətində müştərilərlə görüşlərin keçirilməsi
– Sığorta hadisələri üzrə mütəxəssisin funksiyası
– Statistik məlumatların qeydiyyatı və hesabatların verilməsi
– İşlərin açılması və qovluqların hazırlanması
– Məktubların hazırlanması
– Departament direktoru tərəfindən verilən digər tapşırıqların vaxtında yerinə yetirilməsi

Tələblər:

Ən azı 1 il iş stajı
Ali tibbi təhsil
Kollektivdə işləmə bacarığı
Zərərlərin qiymətləndirilməsi üzrə mütəxəssisin funksiyaları

Şərtlər:

– Əmək müqaviləsi bağlanılır
– İş vaxtı: 09:00-dan 18:00-dək
– İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Sığorta hadisələrinin tənzimlənməsi üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur.

Mühasib

– Gündəlik və aylıq hesabatların tərtib edilməsi
– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabatlarında əks etdirilməsi
– Müştərilər tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi
– Bank, kassa əməliyyatlarının uçotu
– Borcların ödənilməsinə dair hesabatların hazırlanması
– Mədaxil – məxaric orderlərinin aparılması
– İşçilərin əmək haqlarının normativ sənədlər əsasında ödənilməsini təmin edmək
– Rəhbərlik tərəfindən verilən əlavə xidməti tapşırıqların yerinə yetirilməsi
– İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək

Namizədə tələblər

– Xüsusi tələblər: stressə davamlılıq, detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, müxtəlif tipli insanlarla rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll edə bilmə bacarığı
– Təhsil: Ali
– Minimum 2 il əlaqəli iş təcrübəsi
– Sərbəst Azərbaycan və Rus dili vacibdir
– Kompüter bilikləri : Excell, Word , Outlook
– Məsuliyyətli, operativ,dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– İqtisadiyyat, maliyyə və bənzər sahələr üzrə ali təhsilli

Şərtlər:

– Əmək müqaviləsi bağlanılır
– İş vaxtı: 09:00-dan 18:00-dək
– İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Mühasib” qeyd etmələri xahiş olunur.

Hüquqşünas

Əsas vəzifələr

– Müvafiq sahədə tətbiq olunan müvafiq prosedurlar və tətbiq olunan praktikalar da daxil olmaqla, hüquqi təhlili aparılması.
– Hüquqi məsələləri müəyyənləşdirmək və müvafiq praktik həllər təklif etmək.
– Müştəri istəklərini hüquqi siyasət və prosedurlarına uyğunlaşdırmaq.
– Müxtəlif məsələlər və ya praktikalar üzrə hüquqi sənədlərin hazırlanması, nəzərdən keçirilməsi, koordinasiyası və yekunlaşdırılması.
– Müstəqil qərar qəbul etmək bacarığı və yetkinliyi
– Müstəqil və ya minimal nəzarət ilə hərtərəfli hüquqi araşdırma aparmaq bacarığı

Əsas xüsusiyyətlər və təcrübə

– Magistr dərəcəsi tələb olunur.
– Hüquqşünas olaraq bank və sığorta şirkətində 5 illik daxili (korporativ) iş təcrübəsi.

Əsas bacarıq və səlahiyyətlər

– Azərbaycan və rus dillərində mükəmməl bilik (yazılı və şifahi);
– İngilis dili arzuolunandır
– Effektiv kompüter savadlılığı
– Kollektivlə normal ünsiyyət, iş yoldaşlarını hörmət və dəstək

Şərtlər:

– Əmək müqaviləsi bağlanılır
– İş vaxtı: 09:00-dan 18:00-dək
– İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Hüquqşünas” qeyd etmələri xahiş olunur.

Korporativ satış şöbəsinin mütəxəssisi

İş barədə məlumat

– Potensial müştərinin cəlb edilməsi məqsədi ilə birbaşa əlaqənin qurulması və onlarla görüşlərin keçirilməsi
– Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək
– Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək
– Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək
– Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
– İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

Namizədə tələblər

– Yaş: 23-40
– Xoş xarici görünüşlü bəy və xanım namizədlər
– Təhsil: Ali
– İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
– Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla) və əlavə olaraq İngilis dili (arzuolunandır

Şərtlər:

– Əmək müqaviləsi bağlanılır
– İş vaxtı: 09:00-dan 18:00-dək
– İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
– Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Korporativ satış şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.

İnformasiya və texnologiyalar üzrə mütəxəssis

İş barədə məlumat

– İstifadəçi kompüterlərinə nəzarət və ortaya çıxan problemlərin operativ həlli
– İT avadanlıqlarının quraşdırılması və ortaya çıxan problemlərin həlli
– Mövcud sistem əsasında qurulan proqram təminatlarında işləmək
– Serverlərdə yaranmış nasazlıqları aradan qaldırmaq
– Kamera, printer və kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması
– Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət etmək
– Antivirus proqram təminatının siyasətinin tələblərinin yazılması və izlənməsi
– Serverdə müəyyən olunmuş İT təhlükəsizlik standartlarına uyğun tələblərin qoyulması və sistemin qorunması
– Avadanlığın müəyyən olunmuş İT təhlükəsizlik standartlarına uyğun sazlanması
– Proqram təminatının monitorinqi və boşluqların vaxtında aradan qaldırılması

Şərtlər:

– İş qrafiki: 09:00-dan 18:00-dək
– 5 günlük iş rejimi

Namizədə tələblər

– Ali təhsilli
– Yaş həddi- 25-45 yaşlarında bəylər
– Dil bilikləri-Azərbaycan (ingilis dili arzuolunandır)
– Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı
– Kompüter təmiri, formatı, şəbəkə qurma və dizayn hazırlanmasını bilməli

Əmək müqaviləsi bağlanılır

– İş vaxtı: 09:00-dan 18:00-dək
– İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İnformasiya və texnologiyalar üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256