SIĞORTA

Məcburi dövlət sosial sığorta haqqı ödəyənlərin sayı artıb
15 OKTYABR
157

Məcburi dövlət sosial sığorta haqqı ödəyənlərin sayı artıb

2018-10-15 14:35:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri cari ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,07% (və ya 406,84 milyon manat) artaraq 2938.01 mln.manata çatıb.

Nazirliyin İctimaiyyətələ əlaqələr şöbəsindən “Finans.az”a verilən məlumata görə, bu gəlirlərin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 10,33% (və ya 154,99 mln. manat) artım özünü göstərib.

Qeyri-büdcə sektoru üzrə daxilolmaların artırılması istiqamətində görülən tədbirlər də müsbət nəticəsini verir. Cari ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində həmin sektora aid daxilolmalar üzrə 9%-ə yaxın (87,81 mln. manat) artım qeydə alınıb.

Beləliklə, qeyri-büdcə sektoru üzrə daxilolmalara dair proqnoz 103,3% yerinə yetirilib.

Eləcə də bax:Sığorta bazarına 40-60 milyon manat əlavə sığorta haqqı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257