SIĞORTA

Sığorta bazarı bizdə və qonşularımızda -MÜQAYİSƏ
30 İYUL
630

Sığorta bazarı bizdə və qonşularımızda -MÜQAYİSƏ

2018-07-30 11:32:00

Azərbaycanda sığorta sektorunun inkişaf etdirilməsi qarşıya qoyulmuş məqsədlərdən birisidir və bu məqalədə qonşu ölkələrdə 2017-ci il üçün sığorta sektorunun hansı vəziyyətdə olduğu araşdırılmış və müqayisələri aparılmışdır. Ümumiyyətlə sığorta sektorunun inkişafı bir sıra göstəricilərdən asılıdır və bunlardan birisi də əhalinin gəlirlilik səviyyəsidir ki, ilk olaraq sizlərə araşdırılma aparılmış ölkələrin 2017-ci il üzrə Ümumi Daxil Məhsulunu və Adambaşına Düşən ÜDM-sini (AVRO ilə) təqdim etmək istərdik.

 

 

Qrafikdə ölkələrin Ümumi Daxili Məhsulu (Bir il ərzində ölkədə istehsal olunmuş son məhsulların cari qiymətlə göstiricisi) və ÜDM-nin əhaliyə sayına olan nisbəti göstərilmişdir. ÜDM vasitəsi ilə ölkədəki iqtisadi aktivliyi müəyyən qədər ölçmək mümkündür. Növbəti qrafikdə isə ölkədə yığılan sığorta haqlarının ÜDM-yə olan nisbəti və hər adambaşına düşən sığorta haqqı (Ümumi yığılan sığorta haqlarının əhalinin sayına olan nisbəti əks etdirilmişdir. İnkişaf etmiş ölkələrdə sığorta haqlarının ÜDM-yə olan nisbət 2-4% arasında dəyişir. İnkişaf etməkdə olan ölkələrdə isə bud aha aşağıdır. SIğortanın yayılma faizinə təsir edən mühum faktorlar isə əhalinin sığorta məhsullarını daha çox alması, sığorta məhsullarının qiyməti, əhalinin sığorta şirkətlərindən məmnunluğu, məhsullar haqqında məlumatlılığı kimi faktorlar təsir edir. 

 

  Ölkələr üzrə ən çox sığorta haqqı toplanılan və ən çox sığorta ödənişi edilən sığorta məhsulları isə aşağıdakı cədvəldə faizi ilə göstərilmişdir.

Ölkə

Ən çox sığorta haqqı toplanılan məhsul (faiz ilə)

Ən çox sığorta ödənişi edilən məhsullar (faiz)

Azərbaycan

Yaşam sığortası (24.75%)

Yaşam sığortası (48.24%)

Ermənistan

Avtonəqliyyat VSMMIS  (54.41%)

Avtonəqliyyat VSMMIS (65.76%)

Gürcüstan

Tibbi sığorta (44.7%)

Tibbi sığorta (63%)

Kazakhstan

Əmlak (21.89%)

Avtomobil VSMMIS (26.5%)

Qırğızıstan

Əmlak (61.62%)

Əmlak (61.95%)

Moldova

Avtomobil VSMMIS  (24.55%)

Kasko (33.34%)

Rusiya

Həyat sığortası (25.92%)

Avto VSMMIS (34.43%)

Ukrayna

Maliyyə riskləri (12.88%)

Kasko (24.9%)

Türkiyə

Avtonəqliyyat VSMMIS (28.01%)

Avtonəqliyyat VSMMIS (29.55%)

Macarıstan

Həyat sığortası (48.6%)

Həyat sığortası (61.91%)

Estoniya

Kasko (25.69%)

Kasko (28.95%)

Makedoniya

Avtonəqliyyat VSMMIS (45.24%)

Avtonəqliyyat VSMMIS (48.62%)

Polşa

Həyat sığortası (39.39%)

Həyat sığortası (51.09%)

Serbiya

Avtonəqliyyat VSMMIS (34.35%)

AvtoNəqliyyat VSMMIS (26.69%)

Sloveniya

Həyat sığortası (29.99%)

Həyat sığortası (31.87%)

Albaniya

Avtonəqliyyat VSMMIS (61.52%)

Avtonəqliyyat VSMMIS (52.64%)

Bosniya və Hersoqnaviya

Avtonəqliyyat VSMMIS (50.07%)

Avtonəqliyyat VSMMIS (41.65%)

Bolqarıstan

Avtonəqliyyat VSMMIS (30.09%)

Avtonəqliyyat VSMMIS (39.14%)

Xorvatiya

Həyat (32.47%)

Həyat (40.13%)

Latviya

Həyat (22.45%)

Həyat (25.08%)

Slovakiya

Həyat (50.27%)

Həyat (56.81%)

Məhəmməd Məmmədli (Fins.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251