SIĞORTA

Sığorta şirkəti müştərilərinin kreditini ödəyəcək - YENİLİK
13 FEVRAL
834

Sığorta şirkəti müştərilərinin kreditini ödəyəcək - YENİLİK

2018-02-13 11:42:00

"Bakı Sığorta" şirkəti müştərilərinin kreditini ödəyəcək. Fins.az xəbər verir ki, şirkət krediti olanlar üçün xüsusi sığorta məhsullarını təqdim edib. Məhsullar işçilərin ixtisar olunma və işsiz qaldığı müddətdə belə kredit borclarını ödəməli olması riskini nəzərə alır. Belə ki, kreditlərini ödəyə bilmədikdə vətəndaş hüquqi və maliyə riskləri ilə qarşı-qarşıya qalır. Bu problemin ən sadə həlli olaraq  "Bakı Sığorta" sayt vasitəsi ilə ala biləcəkləri "İxtisardan Sığorta" məhsulunu təklif edir. 

 Qeyd edək ki, bu sığorta məhsulu lizinq, bank,sığorta və sığorta agentliklərinin işçiləri üçün nəzərdə tutulmayıb. Eyni zamanda manatla krediti olan müştərilərə şamil edilir. 

Eləcə də bax:Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr seçildi -EKSKLÜZİV

Şirkətin "Əmək qabiliyyətinin itirilməsi sığortası" isə - hər hansı qəza nəticəsində iş qabiliyyəti itirildiyi halda müqavilə şərtlərinə uyğun olaraq kredit borcunun sığorta şirkəti tərəfindən ödənilməsini nəzərdə tutur. Az məbləğdə sığorta haqqı ödəməklə çoxsaylı risklərdən özümüzü sığortalaya bilərik. Bu məhsulu da bir neçə dəqiqə ərzində şirkətin saytından əldə etmək mümkündür. 

 “Bakı Sığorta” ASC 09 fevral 1994-cü il tarixindən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Təsisçiləri “Bank Respublika”, ASC “Yeni Motor” MMC, “Diamond Motors” MMC, “Subaru Azərbaycan” MMC və 2 fiziki şəxsdir. Şirkətin nizamnamə kapitalının həcmi 8 925 444 AZN təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276