SIĞORTA

"Qala Sığorta" ən böyük ödənişlərini açıqladı
12 FEVRAL
376

"Qala Sığorta" ən böyük ödənişlərini açıqladı

2018-02-12 12:12:00

“Qala Sığorta” 2017-ci il ərzində həyata keçirdiyi 3 ən iri sığorta ödənişinin məbləğini açıqlayıb. Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən Fins.az-a verilən məlumata görə, ötən ildə “Qala Sığorta” şirkətinin müxtəlif hadisələr üzrə 3 ən iri sığorta ödənişinin məbləği 37 683 manat təşkil edib.

Eləcə də bax: Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr seçildi -EKSKLÜZİV

Belə ki, “Qala Sığorta” şirkəti tərəfindən “Avtomobillərin tam sığortası” üzrə Ağstafa rayonu Köçvəlli kənd ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Mercedes Benz markalı avtomobilə dəyimiş zərərə görə 19 033 min manat; Sumqayıt şəhərində baş vermiş yol nəqliyyat hadisəsi zamanı“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bir hadisə nəticəsində üçüncü şəxslərə dəyən zərərə görə 10 000 manat və Bakı şəhərində ictimai iaşə müəssəsinin daxilində baş vermiş subasma nəticəsində “Daşınmaz əmlak istifadəçilərinin mülkü məsuliyyətinin icbari sığortası” üzrə bir sığorta hadisəsinə görə isə 8 650 manat həcmində sığorta ödənişləri həyata keçirib. Ödənilən vəsaitlər qanunvericiliyin tələbləri gözlənilməklə vaxtında və operativ qaydada həyata keçirilib.

 Qeyd edək ki, 2017-ci ildə “Qala Sığorta” tərəfindən müxtəlif sığorta hadisələri üzrə ümumilikdə 424 000 manat həcmində sığorta ödənişi verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259