SIĞORTA

Azərbaycanda yanan obyektə görə böyük məbləğdə sığorta pulu verildi
30 AVQUST
1103

Azərbaycanda yanan obyektə görə böyük məbləğdə sığorta pulu verildi

2017-08-30 10:21:00

Azərbaycanda yanan obyektə görə böyük məbləğdə sığorta ödənişi verilib. Söhbət “AzSığorta” şirkətindən gedir.  Şirkətdən Fins.az –a verilən məlumata görə, “Daşınmaz Əmlakın İcbari sığortası” növü üzrə iri həcmli sığorta ödənişini həyata keçirib. Belə ki, Salyan rayonu ərazisində yerləşən iaşə obyektlərinin birində elektrik xətlərinin qısa qapanması nəticəsində yanğın hadisəsi baş verib. “AzSığorta” şirkəti əmlaka dəymiş ziyanı qarşılayaraq, 28 924 manat dəyərində sığorta ödənişi edib.

Qeyd edək ki, bu il AZSIĞORTA şirkəti il ərzində daha bir neçə iri sığorta ödənişləri həyata keçirib – baş verən sığorta hadisələrinə görə 300 000, 40 900, 234 856 və 150 689 manat sığorta ödənişi həyata keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291