SIĞORTA

Sığorta məhsulları bahalaşacaq
29 NOYABR
641

Sığorta məhsulları bahalaşacaq

2016-11-29 15:36:00

Azərbaycanda işıq, qazın və dərmanların bahalaşması sığorta sektoruna da təsirsiz ötüşməyəcək. Sığorta ekspertləri bildirirlər ki,  əsasən tibbi və avtomobil sığortasında bahalaşma gözlənilir.Amma ümumilikdə sığorta şirkətlərinin xərclərinin artması digər növlərin də bahalaşmasına səbəb ola bilər.

Tibbi sığorta  əlavə 15-20 % də bahalaşacaq

Sığorta eksperti Cəlal Mehdiyev fins.az-a bildirib ki, kommunal xərclərin artması ilə ölkədə istehsal edilən bütün məhsulların və xidmətlərin bahalaşması realdır. Sığorta ilə əlaqəli xidmətlərin məhsul və xidmətlərin bahalaşması sığorta şirkətinin ödəniş xərclərini artıracaq. Nəticədə sığorta məhsulları da bahalaşacaq. O bildirib ki, əsas bahalaşma tibbi sığorta məhsullarında hiss ediləcək. Belə ki, kommunal xidmətlərin bahalaşmasına görə klinikaların xərclərinin artması tibbi xidmətləri bahalaşdıracaq.  Digər tərəfdən dərmanların qiymətlərinin artması ilə bağlı Tarif Şurasının qərarı və tibbi xidmətlərin bahalaşması isə onsuzda xərcləri artıq olan tibbi sığorta ödənişlərini bir qədər də “şişirdəcək”. Nəticədə tibbi sığortanın bahalaşması qaçılmaz olacaq. Onun sözlərinə görə,  tibbi sığorta xərclərin artmasın uyğun olaraq 15-20 % bahalaşma gözlənilir. Qeyd edək ki, manatın ucuzlaşmasından sonra son bir ildə  tibbi sığorta məhsulları 30%-dən çox bahalaşmışdı.

Əmlak sığortasında ödəniş xərcləri artacaq

Sığorta ekspertləri  tibbi sığorta ilə yanaşı, digər növlər üzrə də ödəniş xərclərin artacağını bildirirlər. Belə ki,  yerli tikinti məhsulları istehsal edən şirkətlərin qiymətləri artırması  əmlak sığortası üzrə də ödəniş xərclərini artıracaq. Ekspertlər hesab edirlər ki, əmlakın könüllü sığorta növləri üzrə xərclər artsa da, sığorta haqqı artırılmaya da bilər. Belə ki, əmlak sığortası üzrə risklər aşağı olduğundan zərərlər də aşağıdır. Ödəniş xərcləri əmlak sığortasının bahalaşması səviyyəsinə qədər artmayacaq.

Servis  xərcinə görə kasko sığorta da bahalaşa bilər

Sığorta ödənişlərinin artması avtomobilin könüllü sığortasını da bahalaşdıra bilər. Ekspertlər bildirirlər ki, dolların bahalaşması ilə avtomobillərin ehtiyat hissələri bahalaşmışdı. Bu da kasko sığortada ödəniş xərclərini xeyli artırmışdı.

Kommunal xərclərin artması ilə avtoservislərin  də qiymətləri artıracağı gözlənilir. Nəticədə tibbi sığorta ilə yanaşı, kasko sığortada da ödəniş xərcləri yenidən artaracaq. Bununla əlaqədar olaraq sığorta şirkətləri kasko tariflərini artırmalı olacaqlar.

Ofis xərclərinin artması bütün sığorta məhsullarına təsir göstərə bilər

 Ekspertlər bildirirlər ki, kommunal xərclərin artırılması ilə bağlı qərar yeni olduğu üçün  bu sığorta növündə bahalaşmasının hansı səviyyədə olacağını demək çətindir. Bununla belə, sığorta məhsulunun yeni qiymətlərlə satışına yanvar ayından başlanacağı bildirilir.

Sığorta ekspertlərinin məlumatına görə, ödənişlərlə yanaşı, şirkətlərin ofis xərcləri də artaracaq. Bu isə ümumilikdə bütün könüllü sığorta növlərində müəyyən qədər qiymət artımına səbəb ola bilər.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275