SIĞORTA

Sığorta şirkətinin yığımları 2,6 dəfə azaldı – HESABAT
25 NOYABR
216

Sığorta şirkətinin yığımları 2,6 dəfə azaldı – HESABAT

2016-11-25 09:59:00

“Bakı Sığorta” şirkətinin bu ilin yanvar-oktyabr ayları üzrə nəticələri məlum olub. Fins.az-ın məlumatına görə, sığorta şirkətinin yığımları 2,6 dəfə  azalaraq  856 603 manat olub. Ötən ilin eyni dövründə isə bu rəqəm 2 236 419  manat olub. Sığorta şirkətinin oktyabr ayı üzrə yığımları isə cəmi 61 988 manat olub.

 “Bakı Sığorta”nın yığımları ilə yanaşı, ödənişləri 60,1 % azalaraq 590 207 manat olub. Halbuki ötən ilin 10 ayında sığorta şirkətinin ödəniş xərcləri 1 481 155 manat təşkil edib. Oktyabr ayı üzrə ödənişlərin məbləği 29 900 manat olub.

 Sığorta şirkətinin ödənişlərinin də azalmasına baxmayaraq zərərlilik artıb. Son statistikaya əsasən “Bakı Sığorta” topladığı hər 100 manatdan 68,9 manatını ödəniş olaraq müştərilərinə geri qaytarıb. Ötən ilin eyni dövründə bu rəqəm 66,2 manat təşkil edib.

Sığorta şirkəti bazar payına görə, 19-cu pillədən 21-ci sıraya düşüb. Şirkətin bazar payı isə cəmi 0,2 % təşkil edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275