SIĞORTA

“Azərbaycan Sənaye Sığorta” yığımları 39 % azalıb – HESABAT
02 NOYABR
213

“Azərbaycan Sənaye Sığorta” yığımları 39 % azalıb – HESABAT

2016-11-02 09:10:00

“Azərbaycan Sənaye Sığorta” şirkətinin bu ilin 9 ayı üzrə nəticələri məlum olub. Fins.az-ın məlumatına görə, şirkətin yığımları   ötən ilin eyni dövrü ilə müqayisədə 39,2 % azalaraq 5,175 milyon manat olub. Halbuki sığorta şirkəti 2015-ci ilin yanvar-sentyabr aylarında 8,517 milyon manat sığorta haqqı toplamışdı. Sığorta şirkəti sentyabr ayında isə 1,692 milyon manat sığorta haqqı toplaya bilib.

Sığorta şirkətinin yığımları ilə yanaşı ödənişləri 25,6 % azalıb. Ötən ilin eyni dövründə “Azərbaycan Sənaye Sığorta”nın ödənişləri 3,160 milyon manat olubsa, bu il bu rəqəm 2,352 milyon manat olub.

Şirkətin yığımlarının kəskin azalması zərərliliyi də xeyli artırıb. Belə ki, ötən ilin 9 ayında sığorta şirkəti topladığı hər 100 manatdan cəmi 37,1 manatını ödəniş olaraq müştərilərinə geri qaytarıb. Bu il bu rəqəm 45,4 manat olub.

“Azərbaycan Sənaye Sığorta” bazar payına ötən ilin eyni dövrü ilə müqayisədən 10-cu pillədən 11-cü sıraya düşüb. Şirkətin bazar payı isə 1,3 % təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272