SIĞORTA

“Qala Sığorta”nın direktorlar şurasının sədri dəyişdi
20 OKTYABR
521

“Qala Sığorta”nın direktorlar şurasının sədri dəyişdi

2016-10-20 11:12:00

“Qala Sığorta" şirkətinin Direktorlar Şurasının sədri dəyişib. Yenicə “Qala Həyat” sığorta şirkətinin direktorlar şurasının sədri seçilən Kamal İbrahimov eyni zamanda “Qala Sığorta”nın da direktorlar şurasına rəhbərlik edəcək.Bu barədə fins.az-a şirkətdən bildirib. O, sentyabr ayından etibarən hər iki şirkətdə vəzifəsinin icrasına başlayıb.  K.İbrahimov bu vəzifədə Fuad Quliyevi əvəzləyib. Fuad Quliyev isə hər iki şirkətdə direktorlar şurasının üzvü olub.

Eləcə də bax: “Qala Həyat”ın rəhbərliyində yeni təyinat

Qeyd edək ki, K.İbrahimov 1994-cü ildən 2000-ci ilədək Azərbaycan Respublikasının vergi orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 2000-ci ildən 2002-ci ilədək Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində rəhbər vəzifələr  tutub. 2003-2014-cü illərdə “Standard Insurance” Sığorta Şirkətinə rəhbərlik edib. 2006-2007-ci illərdə Azərbaycan Sığortaçılar Assosiyasiyasının Müşahidə Şurasına Sədrlik edib. 2011-ci il tarixindən etibarən “İcbari Sığorta Bürosu”nun Himayəçilər Şurasının sədri vəzifəsində çalışıb. 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271