SIĞORTA

3 maşına görə 76 min manat - SIĞORTA ÖDƏNİŞİ
22 SENTYABR
441

3 maşına görə 76 min manat - SIĞORTA ÖDƏNİŞİ

2016-09-22 10:31:00
“Standard Insurance” sığorta şirkəti avqust ayı üzrə ən böyük ödənişlərini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ay ərzində ən böyük ödənişli 3 sığorta hadisəsi avtomobillərin könüllü sığortası ilə bağlı olub. Belə 3 avtomobil qəzasına görə ümumilikdə 75 630 manat ödəniş edib. 
 
Ay ərzində ən böyük ödəniş 29 148 manat olub. Sığorta ödənişi ilə bağlı avtomobil qəzası  bu il mayın 19-da Masallıda baş verib. İdarəetməni itirən “Toyota Prado”nun sürücüsü avtomobili yoldan çıxarıb. Avtomobil yolun kənarındakı daşlara çırpılıb.
 
Digər bir qəzada “Mercedes G55” dirəyə çırpılıb. Qəza  iyul ayının 1-də Nərimanov rayonunda baş verib.Avtomobilin ön hissəsi tamamilə sıradan çıxıb. Sığorta şirkəti avtomobilə dəyən ziyan üzrə 24 068 manat ödəniş verib.
 
Sonuncu böyük ödənişli sığorta hadisəsi Bakının Nizami rayonunda baş verib.İyulun 3-də “Toyota Prado”nun sürücüsü avtomobili yolun kənarında dayanan digər avtomobilə çırpıb. Digər avtomobillə yanaşı könüllü sığortalı “Prado”ya xeyli ziyan dəyib. Avtomobilin təmir xərci üzrə 22 414 manat ödənilib.
 
 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272