SIĞORTA

"Atəşgah Sığorta"dan "Sənaye Sığorta"ya transfer olub
02 SENTYABR
572

"Atəşgah Sığorta"dan "Sənaye Sığorta"ya transfer olub

2016-09-02 13:37:00

Atəşgah Sığorta" ASC-nin Tibbi sığorta Departamentinin direktoru işdən çıxıb. Fins.az-ın məlumatına görə, söhbət Dilarə Məmmədovadan gedir. Hələ ki, onun yerinə təyinat olmayıb.

D.Məmmədova "Azərbaycan Sənaye Sığorta" ASC-nin Tibbi sığorta Departamentinin direktoru vəzifəsinə gətirilib. O, yeni vəzifəsində Sadiq Mədətovu əvəz edib.

Xatırladaq ki, "Atəşgah Sığorta" şirkəti 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 371 manat olan 13 500 səhm əsasında formalaşıb. Səhmlərinin 63%-i "İSR Holding" MMC-yə, 27%-i "Ran-Exim" MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

"Azərbaycan Sənaye Sığorta" isə 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş "Cİ Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 200 manat olan 5 000 səhm əsasında formalaşıb. Səhmlərin 75%-i “Anadolu İnvestment Company” MMC-yə, 25%-i isə "Azərbaycan Sənaye Bankı" ASC-yə məxsusdur.

Eləcə də bax: “Azərsığorta” “Atəşgah”ı keçdi – Top 5-lik

Eləcə də bax: İcbari tibbi sığorta gələn ildən başlayır - RƏSMİ - VİDEO

"Report"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272