SIĞORTA

“Alfa Sığorta”nın son hesabatı
23 AVQUST
119

“Alfa Sığorta”nın son hesabatı

2016-08-23 10:56:00

Lisenziyasının ləğv edilməsi gözlənilən “Alfa Sığorta” şirkətinin son hesabatı məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, yığımlar cəmi bu ilin 5 ayını əhatə etsə də, öhdəliklər üzrə ödənişlər davam edir. Sığorta şirkəti  yanvar-iyun aylarının (5 ayda )nəticələrinə görə 1 019 840 manat sığorta haqqı toplayıb.  Bu ötən ilin eyni dövrü ilə müqayisədə 58,2 % azalma deməkdir.Ötən ilin 5 ayında isə şirkət 2 438 571 manat sığorta haqqı toplayıb.Sığorta şirkəti may ayında isə 176 716  manat sığorta haqqı yığa bilib.Yığımlarda ötən illə müqayisədə kəskin azalma olsa da, şirkətin icbari sığorta satışlarına başlaması ilə vəziyyətin dəyişəcəyi gözlənilirdi. Növbəti aylarda şirkətin bütün satışları dayandırması nəticələrinə təsir göstərib.

Eləcə də bax:  Eləcə də bax: Sığorta şirkəti bağlana bilər 

Sığorta şirkətinin portfelinin kiçilməsi ödənişlərinin məbləğinə də təsir göstərib.Yanvar-iyun aylarının nəticələrinə görə, “Alfa Sığorta”nın  ödənişləri 28,7 % azalaraq  654 516 manat olub. Ötən ilin birinci yarısında sığorta şirkəti 918 766 manat ödəniş edib.

Qeyd edək ki, şirkətin yığımlarının dayandırdığı ilk ayda (iyunda) ödəniş xərcləri o qədər də böyük olmayıb. Sığorta şirkəti bir ayda cəmi 2 085 manat ödəniş edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275