SIĞORTA

“Bakı Sığorta”da azalma - SIĞORTA HESABATI
29 İYUL
283

“Bakı Sığorta”da azalma - SIĞORTA HESABATI

2016-07-29 10:11:00

“Bakı Sığorta” şirkətinin  bu ilin 6 ayı üzrə vəziyyəti məlum olub. Fins.az-ın məlumatına görə, yanvar-iyun aylarının nəticələrinə görə, sığorta şirkətinin yığımları 2,74 dəfə azalıb.Belə ki, 2015-ci ilin ilk yarısında 1 720  505  manat sığorta haqqı toplandığı halda,  bu il bu rəqəm 627 330 manat olub.

Sığorta şirkəti yığımlarının 63,9 %-ni ödəniş olaraq müştərilərinə geri qaytarıb. Sığorta şirkətinin ödənişləri  ötən ilin eyni dövrü ilə müqayisədə  2,44 dəfə azalaraq 400 927 manat olub. 2015-ci ilin  yanvar- iyun ayında sığorta şirkətinin ümumi ödənişlərinin həcmi 979 366  manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275