SIĞORTA

“Rəvan Sığorta”nın vəziyyəti məlum oldu - HESABAT
20 İYUL
236

“Rəvan Sığorta”nın vəziyyəti məlum oldu - HESABAT

2016-07-20 11:11:00

“Rəvan Sığorta”nın bu ilin 6 ayı üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə,  sığorta yığımlarının həcmi  29,8 % azalaraq 631 456 manat olub. Ötən ilin yanvar-iyun aylarında isə sığorta şirkəti 900 446 manat sığorta haqqı toplayıb. Sığorta yığımlarının 40,1 %-i  könüllü əmlak sığortasının, 55,5 %-i  kasko sığortanın, qalan hissəsi isə səfər, yük, məsuliyyət və fərdi qəza sığortasının payına düşüb.

Sığorta şirkətinin yığımlarının 68,5 %-ni müştərilərinə geri qaytarıb. “Rəvan Sığorta”nın yığımları ilə yanaşı ödənişləri  26 % azalaraq 432 321manat olub. 2015-ci ilin 6 ayında sığorta şirkətinin ödənişləri 584 621  manat təşkil edib.

Sığorta şirkətinin ödənişlərinin cəmi  300 manatı fərdi qəza sığortasına görə verilib.  Ödənişlərin qalan 432 021 manatı 376 avtomobilin könüllü sığortası üzrə təmir xərclərinə görə ödənilib. Bir avtomobilin təmiri orta hesabla sığorta şirkətinə 1 148 manata başa gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272