SIĞORTA

Sığorta şirkətinin yığımları 36% azalıb
11 İYUL
297

Sığorta şirkətinin yığımları 36% azalıb

2016-07-11 14:41:00

Yanvar-iyun aylarında «Başak İnam» sığorta şirkətinin yığımları 407 137 manat, ödənişləri isə 82 185 manat təşkil edib. Bu barədə fins.az-a şirkətdən bildirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin yığımları 36% azalıb. Belə ki, ötən ili bu göstərixi 634 904 manat təşkil edirdi.

Şirkətin yığımlarının böyük hissəsi - 271,3 min manatıf əmlakın yanğından və digər risklərdən sığortasın üzrə toplanıb. Avtomobillərin sığortasından 110,1 min manat sığorta haqqı daxil olub. Sığorta haqlarının digər hissəsi avtomobil sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasından (5,8 min manat), işə götürənlərin məsuliyyət sığortasından (5,1 min manat), xarisə səfər edənlərin sığortasından (4,9 min manat) və sair sığorta növlərindən daxil olub.

«Başak İnam»ın ödənişləri isə ötən illə müyisədə 3,5 dəfə azalıb. Belə ki, ötən ilin bu dövründə şirkətin ödənişləri 291 257 min manat təşkil etmişdi.

Şirkətin məlumatına görə, ödənişlərin böyük hissəsi avtomobillərin sığortasının payına düşüb – 72 min manat. Kreditlərin sığortasü üzrə 8350 manat, əmlakın yanğından sığortası üzrə isə 1 548 manat ödəniş edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272