SIĞORTA

Ailələr üçün unikal sığorta məhsulu gəlir - "PAŞA HƏYAT"DAN
23 İYUN
277

Ailələr üçün unikal sığorta məhsulu gəlir - "PAŞA HƏYAT"DAN

2016-06-23 12:42:00

Azərbaycanın ən böyük həyat sığortası şirkəti PAŞA Həyat Sığorta, pərakəndə sektorda satışlarını artırmağı planlaşdırır.

Fins.az-ın “Marja”-ya istinadən məlumatına görə, şirkətin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov jurnalistlərə bildirib ki, bu ilin sonunda yeni məhsul bazara çıxardılacaq.

“Ailəmin PAŞA güvənliyi” adlı yeni həyat sığortası məhsulunu bazara təqdim edəcəyik. Bu ilin sonu, gələn ilin əvvəlinə bu məhsulun geniş satışına başlayacağıq”,- Mürsəl Rüstəmov deyib.

Məlumata görə, istənilən təbəqədən olan ailələrin cüzi sığorta haqqı ödəməklə bu məhsulu əldə etmək imkanı olacaq. Verilən sığorta haqqı qarşılığında sığortalanan ailə böyük məbləğdə sığorta təminatı əldə edəcəkdir. 

Qeyd edək ki, Azərbaycan əhalisinin öz həyatlarını sığortalaması demək olar ki, yox səviyyəsindədir. Bir çox hallarda ailə başçısının itirilməsinə görə ailələr ağır vəziyyətə düşürlər. Bu ağır vəziyyəti bir qədər kompensasiya eməkdə həyat sığortasının mühüm rol oynayacağı hesab edilir.

Qeyd edək ki, PAŞA Həyat Sığorta Şirkəti 45%-dən çox bazar payı ilə həyat sığortası bazarının lideridir. Şirkət bu il 50 milyon manatdan çox sığorta haqları toplamağı planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272