SIĞORTA

Sığorta şirkətindən «Formula 1»lə bağlı yenilik
09 İYUN 2016
327

Sığorta şirkətindən «Formula 1»lə bağlı yenilik

2016-06-09 16:56:00

«Standard Insurance»ın bu gündən etibarən motosikllı qəza komissarları olacaq. Söhbət «Formula 1» yarışları zamanı şəhərdə tıxacların yaranması və qəzaların artması ehtimalına görə, motosikllı qəza komissarlarının xidmət göstərməsindən gedir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Şirkətdən fins.az-a verilən məlumata görə, Bakı ərazisində baş verə biləcək qəza hallarında çevik reaksiya vermə, həmçinin tədbir keçirilən dövrdə müştərilərin şəhərdə tıxac zamanı hadisə yerinə qəza komissarının gecikməsi halları ilə qarşılaşmaması üçün 2 motosikllı qəza komissarı fəaliyyət göstərəcək.

Bu qəza komissarları bir ay müddətində müraciətlər zamanı dərhal hadisə yerinə gedərək qəzaları qeydə alacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269