SIĞORTA

«Alfa Sığorta» fəaliyyətini dayandırıb – SAHİBLƏRİ DƏYİŞƏCƏK
08 İYUN
1172

«Alfa Sığorta» fəaliyyətini dayandırıb – SAHİBLƏRİ DƏYİŞƏCƏK

2016-06-08 10:28:00

Azərbaycanın ən məşhur sığorta şirkətlərindən biri olan «Alfa sığorta» şirkəti fəaliyyətini dayandırıb. Bu barədə fins.az-a sığorta bazarındakı mənbələr bildirib. Məlumatda bildirilir ki, artıq iyunun 8-dən etibarən şirkət avtomobillərin icbari sığortası da daxil olmaqla digər sığorta növləri üzrə xidmətlərin göstəriliməsini dayandırıb. Bildirilir ki, şirkətin fəaliyyətinin dayandırılmasına səbəb Maliyyə Bazarlarına Nəzarət Palatasının «Alfa sığorta»da apardığı yoxlamalar olub.

Eləcə də bax: «Alfa sığorta» 2016-ya iddialı başlayıb

Yoxlama nəticəsində şirkətin kapital çatışmazlığı aşkar edildiyindən onun fəaliyəti məhdudlaşdırılıb və yeni investor cəlb etmək tövsiyə edilib. Son məlumatlara görə, artıq şirkəti almaq istəyən investorlar da var və onlarla danışıqlar aparılır.

«Alfa sığorta»nın özündə bu məlumatları təkzib ediblər. Şirkətin idarə heyətinin sədri Camal Əliyev fins.az-a bildirib ki, şirkət hazırda fəaliyyətini davam etdirir: «Şirkət fəaliyyətini normal şəkildə davam etdirir.

Sığorta xidmətlərinin bütün növlərini göstəririk və öhdəliklərimizə də əməl etməkdəyik». C.Əliyev bildirib ki, hazırda şirkətin 60 əməkdaşı var, onların 40-ı Bakıda, 20-si isə regionlardadır. Şirkət rəhbəri «Alfa sığorta»nın sahibinin dəyişəcəyi və ya bura yen investor cəlb ediləcəyi barədə məlumatlardan da xəbərsiz olduğunu bildirib.

Maliyyə Bazarlarına Nəzarət Palatasında isə bu barədə ətraflı məlumat verməməyi üstün tuturlar. MBNP fins.az-ın sorğusuna cavab olaraq bildirib ki: «Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta bazarının iştirakçıları ilə sıx əlaqədə çalışır və onların diaqnostikasını həyata keçirir.

Hal hazırda bazar iştirakçılarının sayı 26-dır və hər birində diaqnostika aparılır. Sığorta bazarı iştirakçılarının fəaliyyətləri müvafiq qanunvericiliklərin tələblərinə uyğun olraq yoxlanılır, və Sığorta haqqında qanuna uyğun olaraq hər hansısa bazar iştirakçısının lisenziyası məhdudlaşırılıdığı halda bu qanunvericiliin tələblərinə uyğun olaraq həyata keçiriləcəkdir və KİV-ə müvafiq məlumatlar veriləcəkdir».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272