SIĞORTA

100 mindən artıq avtomobil sığortalanıb
01 İYUN
214

100 mindən artıq avtomobil sığortalanıb

2016-06-01 12:02:00

2016-cı ilin may ayında İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 100 min 67 müqavilə qeydiyyata alınıb. Bunların 11 min 221-i xarici ölkədə qeydiyyata alınıb və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. 2016-cı ilin may ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7,5 milyon manat təşkil edib.

2015-ci ilin may ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 6,9 faiz, sığorta haqlarının məbləğində isə 9,9 faiz artım müşahidə edilib. May ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği aprel ayı ilə müqayisədə 1.6 faiz azalaraq 75.7 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272