SIĞORTA

“Sığorta fəaliyyəti haqqında” qanuna dəyişiklik edildi
07 MAY
544

“Sığorta fəaliyyəti haqqında” qanuna dəyişiklik edildi

2016-05-07 11:22:00

Azərbaycanda “Sığorta fəaliyyəti haqqında” qanuna dəyişikliklər layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiqlənib. Dəyişiklik Mülki Məcəllənin “Hüquqi şəxs tərəfindən aiddiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası” adlanan 49.1-ci maddəsinin müddəalarına uyğunlaşdırılması məqsədi daşıyır.

Belə ki, aidiyyəti şəxslərlə bağlanmasına icazə verilən əqdlərə əlavə tələbləri nəzərdə tutan 70-ci maddəyə əlavə edilib.

Bildirilib ki, sığortaçı ona aiddiyəti olan şəxslə bu qanunda nəzərdə tutulmuş əqdləri yalnız aiddiyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri sığortaçının aktivlərinin 5%-ni və daha çox hissəini təşkil etdiyi halda, həmin əqdin bağlanması barədə sığortaçı tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilən qərarı olduqda bağlaya bilər.

Həmçinin, aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri sığortaçının aktivlərinin 5%-dək hissəsini təşkil etdiyi halda, həmin əqdin bağlanması barədə qərarın qəbul edilməsi səlahiyyətinin sığortaçının nizamnaməsi ilə səhmdarların ümumi yığıncağına və ya İdarə Heyətinə həvalə edildiyi hallar istisna olmaqla, Direktorlar Şurasının qərarı olduqda əqd bağlanmasına icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270