SIĞORTA

Sığorta şirkətindən 50%-lik artım – HESABAT AÇIQLANDI
18 APREL
495

Sığorta şirkətindən 50%-lik artım – HESABAT AÇIQLANDI

2016-04-18 14:50:00

«Standard Insurance» sığorta şirkəti mart ayının nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ötən ay ümumi yığımların həcmi fevralla müqayisədə 49,7% artaraq 2 155 898 manat olub.Toplanan sığorta haqqlarının 67,3%-i avtomobillərin icbari sığortasının,16 %-i daşınmaz əmlakın icbari sığortasının, qalan hissəsi isə tibbi sığorta, əmlakın könüllü sığortası, məsuliyyət,yük, səfər və digər sığorta növlərinin payına düşüb.

“Standard Insurance” mart ayında topladığı sığorta haqqlarının 28,1 %-ni ödəniş olaraq müştərilərinə geri qaytarıb.Şirkətin ödəniş xərcləri 2403 sığorta hadisəsi üzrə 607 596 manat təşkil edib.Yığımlarda olduğu kimi ödənişlər də avtomobil sığortası üstünlük təşkil edib. Avtomobillərin icbari sığorta üzrə təmir xərci 267 hadisə üzrə 311 334 manat, kasko sığortası üzrə 30 hadisə üzrə 77 167 manat olub. Bir avtomobilin təmiri sığorta şirkətinə 1308 manata başa gəlib.

Sığorta şirkətinin tibbi sığorta xərcləri 215 879 manat təşkil edib. Mart ayında bundan əlavə daşınmaz əmlakın könüllü sığortası üzrə 2 hadisə üzrə 2 837 manat, daşınmaz əmlakın icbari sığortası üzrə 377 manat ödəniş edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270