SƏNƏDLƏR

Yeni dəyişikliklərdən sonra Vergi və DSMF hesabatları necə təqdim olunacaq?
25 DEKABR 2018
448

Yeni dəyişikliklərdən sonra Vergi və DSMF hesabatları necə təqdim olunacaq?

2018-12-25 15:58:00

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Vergi Məcəlləsinə olan dəyişiklikləri təsdiq edib. Dəyişikliklər zamanı Vergi Məcəlləsinin və vergi orqanlarının əhatə dairəsi genişlənib. Vergi Məcəlləsinə aşağıdakı maddə əlavə olunub:

“1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.”;

Mks.az-ın saytının ekspertləri vergi ödəyicilərinin muzdlu işlə əlaqədar hesabatlarının necə təqdim olunması ilə bağlı araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, vergi ödəyiciləri həm 2018-ci il 4-cü rübü həm də 2019-cü ilin hər bütün rübləri üzrə həm vergi həm də DSMF orqanlarının müvafiq hesabatlarını təqdim edəcək. Təbii ki, hesabat formalarında qeyri-neft və dövlət sektorları ilə özəl sektoru fərqləndirən düzəlişlər həyata keçiriləcək. Vahid hesabat formasına gəlincə, Vergilər Naziliyinin proqram təminatında 2020-ci ildən etibarən tətbiq olunması məqsədilə fəaliyyətlərin həyata keçirilməsinə başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256