SƏNƏDLƏR

Əsas vəsaitlərin amortizasiya ilə bağlı 1,5 və 2 əmsalını kimlər tətbiq edəcək?
25 DEKABR 2018
189

Əsas vəsaitlərin amortizasiya ilə bağlı 1,5 və 2 əmsalını kimlər tətbiq edəcək?

2018-12-25 11:56:00

Sual: Kiçik sahibkarlıq subyekti olan müəssisə tərəfindən ilin sonuna qalıq dəyəri 50.000 manat olan tikiliyə görə amortizasiya ayırmaları gəlirdən hansı hədd daxilində çıxılır?
Cavab: Kiçik sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə müəyyən olunmuş amortizasiya normalarına 1,5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər. Buna əsasən, tikili üzrə illik amortizasiya normasına (7 faizə) 1,5 əmsalı tətbiq edilməklə və amortizasiya norması 10,5 faizə (7% x 1,5 = 10,5%) bərabər götürülməklə hesablanmış 5.250 manat (50.000 x 10,5%) məbləğ gəlirdən çıxıla bilər.
Əsas: Vergi Məcəlləsi, 114.3-2 maddə

Zəruri qeyd: Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, ƏDV qeydiyyatında olan şəxslər istisna olmaqla, aparılmış əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan çox olmayan vergi ödəyiciləri amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən olunmuş amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxırlar. Misalda qeyd edildiyi kimi, kiçik sahibkarlıq subyektləri üçün isə 1,5 əmsal tətbiq edilir.

 

© MKS.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256