SƏNƏDLƏR

"Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” qərara dəyişikliklər olunub
04 DEKABR
80

"Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” qərara dəyişikliklər olunub

2018-12-04 09:48:00

Nazirlər Kabineti "Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə”  2014-cü il 26 fevral tarixli qərarda dəyişikliklər edilib.

Fins.az-ın məlumatına görə, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən qərara yeni 2-1-ci hissə - "bu qərarda dəyişikliklər Azərbaycan Prezidentinin 2002-ci il 24 avqust tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər" - əlavə olunub.

Həmin qərarla təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”nın 1.7-ci bəndinə “Daxili İşlər Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Vergilər Nazirliyi” sözləri əlavə edilib. Dəyişikliyə əsasən MSY-də idarədaxili nəzarət qanunvericiliklə müəyyən edilmiş qaydada tabeliyində olan MSY-yə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə yanaşı, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, idarədənkənar nəzarət isə məhkəmə və prokurorluq orqanları tərəfindən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256