KƏND TƏSƏRRÜFATI

Yeni qanunla yalnız ixrac olunan məhsullara sertifikat veriləcək (VİDEO)
12 MART
212

Yeni qanunla yalnız ixrac olunan məhsullara sertifikat veriləcək (VİDEO)

2019-03-12 14:57:00

Qida Təhlükəsizliyi Agentliyi sahibkar, istehlakçı, dövlət üçbucağı prinsipini qoruyur.

Fins.az-ın məlumatına görə, Bunu Real-a açıqlamasında AQTA-nın sədr müavini Elxan Mikayılov bildirib.

Onun sözlərinə görə Qida təhlükəsizliyi agentliyi yekun məhsulu yoxlamaqla ölkədə qida təhlükəsizliyini təmin edə bilməz: "Qida zəncirinin bütün mərhələlərində buna nəzarət olunmalıdır. Bu gün İnstitusional qaydada qida təhlükəsizliyi sistemi qurulmalıdır. Qida Təhlükəsizliyi Agentliyi hal-hazırda beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Nadir halda Avropa Birliyinin modeli götürülüb. Məqsəd məhsulların ixrac potensialının artırılmasıdır.

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi bildirdi ki, Fəaliyyətimiz Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilib. Hal-hazırda Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli saziş bağlanması nəzərdə tutulur. Azərbaycanda istehsal olunan məhsulların Avropa İttifaqı ölkələrinə ixracına razılıq verilib. Qida Təhlükəsizliyi sistemi etibarlı labaratoriya olmadan fəaliyyət göstərə bilməz. 22 labaratoriya faliyyət göstərir. Labaratoriyaya xaricdə təhsil almış mütəəxəssislər cəlb edilib. Bir sıra müayinələr, həm idxalla, həm yerli istehsalla bağlı muayinələr keçirilib. Biz risk əsaslı yoxlama sisteminə yeçəcəyik. Yüksəkriskli müayinə sisteminə keçəcəyik. Orta risklilər də burada nəzərə alınacaq. Sahibkarlar özəl labaratoriyalar aça bilərlər. Əgər onlar beynəlxalq standartlara uğyun olarsa agentlik onların nəticələrini də qəbul edə bilər. Qida təhlükəsizliyi sisteminiə uyğun və uyğun olmayan sahibkarlar var. 3-cü qism sahibkarlar da var. Onlar əhali üçün təhlküləli məhsul satmaqla məşğuldurlar. Belə işbazlar cinayət məsuliyyətinə cəlb edilir. 1-ci və ikinci kateqoriyalı sahibkarlarla əməkdaşlıq etməkdə maraqlıyıq. Qanun layihəsində islahatlar var. Yeni qanunla yalnız ixrac olunan məhsullara sertifikat veriləcək. Qeydiyyat sahəsi avtomatlaşdırılacaq. Qida məhsullarını izləmə sistemini quracağıq", -deyə sədr müavini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267