ƏRZAQ SƏBƏTİ

Qara rəngli toyuq əti və yumurtalar artıq satışda
06 FEVRAL 2017
2901

Qara rəngli toyuq əti və yumurtalar artıq satışda

2017-02-06 15:44:00

Bu toyuqlar sahibini zəngin edir.

Fins.az xəbər verir ki, vətəni İndoneziya olan Ayam Cemani cinsinə aid toyuqlar melanin (bir çox orqanizmlərdə rast gəlinən piqment-rəng verən zülal - red.) səbəbindən pipiyindən daxili orqanlarına qədər qara rəngdədir. Bu toyuqlar alıcıların da diqqət mərkəzindədir. Qiymətləri isə hər gün bir az daha artır.

Genetik bir mutasiya səbəbindən bədənindəki tüklər, dərisinin rəngi, hətta yumurtası da qara rəngdə olsa da, ətinin və yumurtasının tərkibi adi toyuqlarla eynidir. Qanı isə adi toyuqlarınkı kimidir.

Toyuqlar o qədər məşhurlaşıb ki, artıq ABŞ-da yetişdirilməyə başlayıblar. Fermasında bu toyuqları saxlayan amerikalı Paul Bradşav onun görüşünün təəccüblü olduğunu deyib.

“Günəş şüalarının altında onun qapqara tüklərinin arasında bənövşəyi və yaşıl rənglər də diqqəti çəkir. Bu toyuqlarının rənginin qapqara olmasının səbəbi onların adi toyuqdan 10 dəfə çox melanin istehsal etməsidir”.

Alimlər toyuqlardakı bu dəyişikliyin onlarla qidalananlar üçün heç bir təhlükəsinin olmadığını deyir.

Toyuqları 2, xoruzları isə 2.5 - 3 kiloqram olan nadir irqin bir vaxtlar ABŞ-da 2500 dollara satıldığı açıqlanıb.

Bu toyuqlarla bağlı XII əsrdə müxtəlif əfsanələr mövcuddur. Xüsusən də, zənginlər tərəfindən bəslənən qara rəngli toyuqlar sahibinə sərvət və güc gətirir. Toyuğun şans gətirdiyi kimi şərhlər verilir.

Mənbə: Publika.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276