SAĞLIQ

422 milyona çatdı – ŞƏKƏRLİ DİABET
16 AVQUST
282

422 milyona çatdı – ŞƏKƏRLİ DİABET

2017-08-16 15:57:00

Endokrin Mərkəzin həkim endokrinoloqu Xəyalə Qarayeva Fins.az – a şəkərli diabet xəstəliyi haqqında məlumat verib.

Şəkərli diabet günümüzün ən geniş yayılmış xəstəliklərindən biridir. Son statistik araşdırmalara görə dünya əhalisinin 422 milyon nəfəri bu xəstəlikdən əziyyət çəkir. Azərbaycanda da vəziyyət heç də ürəkaçan deyil. Hal-hazırda ölkəmizdə rəsmi qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayi 230 minə yaxındır.

Və bu qeyd etdiyim rəqəmlər gün gündən artmaqda davam edir. Bunun səbəbi də müasir dövrdə texnologiyanın sürətlə inkişafı və nəticədə insanların oturaq həyat tərzinə daha çox üstünlük verməsi, qidalanmanın qeyri düzgün olması, fast food dediyimiz ayaqüstü yeməklərdən çox istifadə olunmasıdır. Bütün bunlar şəkərli diabet xəstəliyinin artmasına gətirib çıxarır.

Şəkərli diabetin bir çox növləri var. Lakin günümüzdə ən çox qarşılaşdığımız iki növ şəkər xəstəliyi var. Birinci və ikinci tip şəkərli diabet. Bütün diabet xəstələrinin 90%-ə qədərini tip 1 diabetli xəstələr, qalan 10%-ni isə tip 2 diabetli xəstələr tutur. Tip 1 diabet xalq arasında daha çox insulindən asılı diabet , tip 2 diabet isə insulindən asılı olmayan diabet kimi tanınır. Tip 1 diabetə daha çox uşaq və gənc yaşlarında, tip 2 diabetə isə 30-40 yaşdan yuxarı olan şəxslərdə rast gəlinir.

Bütün dünyada olduğu kimi Azərbaycanda da şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin əksəriyyəti yaşlı şəxslərdir. Yəni tip 2 diabetli xəstəlin sayı daha artıqdır.

Tip 1 diabet dediyimiz uşaq yaşlarında yaranan şəkər xəstəliyinin yaranma səbəbi tam olaraq bilinməsə də bu xəstəliyin yaranmasında immun sistemin böyük rolu olduğu bilinir. Bir sıra autoimmun pozğunluqlar nəticəsində immun sistemində pozğunluq olan uşaq hər hansı bir infeksion xəstəlik keçirərsə və yaxud kiçik bir stress yaşayarsa şəkər xəstəliyinə tutula bilər.

Tip 2 diabetin yaranmasına səbəb isə əksər hallarda artıq çəki və buna bağlı olaraq orqanizmdə yaranmış insulin dilənçi olur. İnsulin qanda şəkər səviyyəsini tənzimləyən bir hormondur. Artıq çəkili insanlarda əksər hallarda insulin dilənçi olur. Buna bəzən xalq arasında gizli şəkər də deyirlər. Bu zaman insulin öz funksiyasını düzgün yerinə yetirə bilmir, qanda şəkər səviyyəsini tənzimləyə bilmir və nəticədə şəkər xəstəliyi yaranır.

Şəkər xəstəliyinin yaranmasında genetikanın da böyük rolu vardır, xüsusilə də tip 2 diabetin yaranmasında. Yəni tip 2 diabet daha çox nəsildən nəslə ötürülür. Belə ki, əgər valideynlərdən biri 2-ci tip şəkərdirsə uşağın bu xəstəliyə yoluxma ehtimalı 25%-dir, əgər hər iki valideyn 2-ci tip şəkərdirsə bu ehtimal 50%-yə qədər yüksəlir.

Şəkərli diabetdən qorunmanın ən başlıca yolu artıq çəki ilə mübarizədir. Bunun başında da sağlam qidalanma durur. Gündəlik qida rasionunda çörək və digər un, şirniyyat məmulatlarının azaldılması, daha çox meyvə və tərəvəzə üstünlük verilməsi, hazır konservləşdirilmiş qidalardan uzaq durmalı, qırmızı ətdən daha çox ağ ətə -xüsusilə də balıq ətinə üstünlük verilməsi, maye qəbulunun artırılması diqqət edilməsi vacib məqamlardan bir neçəsidir.

Bundan başqa siqaret və alkoqol kimi zərərli vərdişlərdən, stressdən mütləq uzaq durulmalıdır.

Azərbaycanda şəkərli diabet xəstələri üçün xüsusi dövlət proqramı həyata keçirilir. Xəstələr həmin proqrama uyğun dərmanlarla, ehtiyac olduqda insulinlə, qanda şəkəri ölçən xüsusi aparatlarla təmin olunurlar. Bundan başqa ölkəmizdə şəkər xəstəliyinin ağırlaşmasının qarşısını almaq üçün xüsusi diabet məktəbləri fəaliyyət göstərir. Bu məktəblərdə şəkər xəstələri öz xəstəlikləri, yarana biləcək ağırlaşmalar barəsində tam olaraq məlumatlandırılırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293