PR

Araşdırma: Marketoloqların ¾-ü paylaşımlarında vizualdan istifadə edir
08 MAY
191

Araşdırma: Marketoloqların ¾-ü paylaşımlarında vizualdan istifadə edir

2019-05-08 10:00:00

Şəxsi video və foto kontentin hazırlanmasına şirkətlərin ehtiyacı artır. Vizual materiallardan istifadənin populyarlığının artması onların sayını artırıb (çizim, foto, sxem, diaqramma, loqotip, video çarx və s. ). Beləliklə onlar əsas marketinq texnikası və aləti halına çevrilib. Yaxşı seçilmiş illüstrasiyalar ilə təsvir daha çox baxış alır. Nəinki onlarsız.

Fins.az-ın məlumatına görə, “Contently” “Libris” ilə birlikdə müxtəlif sahələrdə çalışan marketoloqlardan 2019-cu ildə vizual təsvirdən necə istifadə olunmasını aydınlaşdırıb.

Birinci gözə çarpan nüans tələb və təklif arasındakı boşluqdur. Əlbəttə ki, əksər marketoloqlar vizual kontentin qiymətini başa düşür. Amma bunu icra etmək vaxt və büdcə ilə məhdudlaşıb.

Elə buna görə də, sorğuda iştirak edən respondentlərin 78%-i bütün kanallarda paylaşım zamanı vizual kontentdən istifadə edir. Bu, həmçinin sosial şəbəkə və şəxsi göndərmələrə də daxildir. 82% iştirakçı isə əsasən sosial şəbəkələrdə vizual kontentdən istifadə edir. Bu isə onların paylaşımlarına istifadəçilərin diqqətini daha da artırmış olur.

 

Marketoloqların 65%-i foto və video üçün lazım olan materialı stoklardan yükləyir. 64%-i isə şirkətin ştatında olan fotoqraf və operatordan istifadə edir. Maraqlısı budur ki, ştatda olan fotoqrafların sayı bir öncəki illə müqayisədə 13% artıb. Respondentlərin 57%-i üçün müəllif videoların hazırlanması çətinlik olaraq qalır. Ancaq 17% şirkət öz video kontentini keyfiyyətli hesab edir.

Marketinqi vizualsız təsvir etmək qeyri-mümkündür.

Vizual effekt-bu təkcə auditoriyanın cəlbi üçün deyil. Belə ki, bu marketoloqlar qarşısında öz brendləri haqqında daha çox danışmaq üçün digər kommunikasiya vasitələrini açıq edir. Respondentlərin 755-i deyib ki, vizual kontentin nəşri onların marketinqinin effektivliyini artırır. 

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271