PR

10 000$-a xaricdə əmlak ala bilərsiniz
24 OKTYABR
2745

10 000$-a xaricdə əmlak ala bilərsiniz

2016-10-24 18:16:00
Dünyada baş verən iqtisadi böhran şəraitində insanlar əllərində olan vəsaiti itirməmək naminə onu müxtəlif üsüllarla yatırım etməklə saxlamağa və artırmağa çalışırlar.
Belə məqamda vətəndaşlar böhrandan az risklə çıxmaq üçün hansı üsulları seçirlər?
Son rəqəmlər göstərir ki, vətandaşlar xarici ölkərdə daşınmaz əmlaka yatırım etməyə üstünlük verirlər. AzFinance İnvestisiya şirkəti xaricdə kiçik vəsaitlə daşınmaz əmlak sahibi olmaq istəyənlərə REİT-rə investisiya etmə imkanı yaradır.

REIT nədir və hansı üstünlükləri var?

REIT (Daşınmaz Əmlak İnvestisiya Fondu)  insanlara kiçik vəsaitlə belə vaxt itkisi olmadan və bir çox xərcləri azaltmaqla Avropa və Amerikanın daşınmaz əmlak bazarına yatırım etməyə imkan verir. Siz fondda pay sahibi olmaqla fondun bütün investisiya layihələrində iştirak etmək şansı əldə edirsiniz.
REIT-lərin üstünlüyü ondan ibarətdir ki, İnvestorlar kiçik vəsaitlə belə diversifikasiya olunmuş və bir neçə layihəni özündə birləşdirən aktivlərə yatırım etmə imkanı əldə edirlər. REİT-lər çox likviddirlər, yüksək dividend ödəyirlər və investora istəlin zaman paylarını dərhal satma imkanı verirlər. 

REİT-lərin işləmə mexanizmi necədir? 

Siz fonda 10 000 dollardan başlayaraq investisiya edərək onun bir hissəsinə sahib olursunuz.Fond sizin və digər investorların vəsaitlərini böyük daşınmaz əmlak layihələrinə investisiya edir. Əsasən mənizllər, ofis binaları, otellər, xəstaxanalar, qocalar evi, istirahət mərkəzləri kimi layihələrə yatırım edilir. İnvestisiyalardan əldə edilən gəlirin 90% isə sizə qaytarılır (aldığınız pay müqabilində). Payınızın dəyəri isə hər gün hesablanılır və istədiyiniz vaxt öz payınızı sataraq fonddan çıxa bilərsiniz. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275