PR

Kapital Bank təhsilə dəstək verəcək – YENİ LAYİHƏ
20 APREL
314

Kapital Bank təhsilə dəstək verəcək – YENİ LAYİHƏ

2016-04-20 14:16:00

Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq «Azərbaycan üçün öyrət” (“Teach for Azerbaijan”) beynəlxalq təhsil proqramının rəsmi tərəfdaşı olub. Bu barədə fins.az-a bankdan bildirilib. Bununla bağlı təşkil edilən təqdimat mərasimində Təhsil Nazirliyi və Kapital Bank arasında əməkdaşlıq memorandumu imzalanıb.

İmzalanma mərasimində təhsil naziri Mikayıl Cabbarov, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, millət vəkilləri, dövlət rəsmiləri, ictimai xadimlər və digər qonaqlar iştirak edib. “Azərbaycan üçün öyrət” orta məktəblərdə keyfiyyətli təhsilə şərait yaradılmasını nəzərdə tutur. Bu layihə ilk olaraq Bakı, Gəncə, Şəki, Lənkəran və Quba məktəblərini əhatə edəcək.

“Layihənin əsas məqsədi ölkənin təhsil sahəsinin keyfiyyətinin artırılmasıdır. Proqramda əsasən zəif nəticə göstərən məktəblər iştirak edəcək. Layihənin həyata keçirilməsində tərəfdaş olan Kapital Bank-a təşəkkürümü bildirirəm. Təcrübə göstərir ki, dövlət qurumları ilə özəl sektorun birgə təqdim etdikləri layihələr hər zaman uğurlu olur”, - deyə, Təhsil Naziri Mikayıl Cabbarov qeyd edib.

“Kapital Bank ölkədə Bank fəaliyyəti ilə yanaşı, həmçinin sosial yönümlü layihələrinin dəstəklənməsinə böyük önəm verir. Əminəm ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən “Azərbaycan üçün öyrət” proqramı təhsil sahəsinin inkişafına öz töhfəsini verəcək və şagirdlərin dərsə olan marağını artıracaq” – deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272