XƏBƏRLƏR

Eşitmə qüsurlu uşaqların müalicəsi üçün büdcədən vəsaitin ayrılması təklif olunur
08 NOYABR
99

Eşitmə qüsurlu uşaqların müalicəsi üçün büdcədən vəsaitin ayrılması təklif olunur

2017-11-08 12:04:00

Azərbaycanda eşitmə qüsurlu uşaqların müalicəsi məqsədi ilə dövlət büdcəsindən 1,5-2 mln. manatın ayrılması təklif edilir.

Fins.az-ın Report-a istinadən verdiyi xəbərə görə, bu barədə Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında çıxışı zamanı bildirib.

"Ölkədə ildə təxminən 100-150 nəfər eşitmə qüsurlu uşaq doğulur. Bu uşaqlar qısa müddətdə əməliyyat olunmasa, ömür boyu lal-kar qalırlar. Bu məsələ daim parlamentdə müzakirə olunub. Ancaq indi Milli Məclisə müraciətlər göstərir ki, bu problem həllini tapmayıb. Transplantların alınmaması 100-150 nəfərin bədbəxtçiliyinə gətirib çıxarır. Bu problemin həlli üçün təxminən 1,5-2 mln. manat vəsait lazımdır. "

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291