NƏQLİYYAT

“Azərbaycan Dəmir Yolları”nda İtaliya səfiri ilə görüş keçirilib
03 OKTYABR
85

“Azərbaycan Dəmir Yolları”nda İtaliya səfiri ilə görüş keçirilib

2019-10-03 10:31:00

“Azərbaycan Dəmir Yolları” QSC-də İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə ikitərəfli görüş keçirilib.

Fins.az quruma istinadən xəbər verir ki, görüşdə səhmdar cəmiyyətinin sədri Cavid Qurbanov Azərbaycanın tranzit potensialı, nəqliyyat-logistika imkanları, əlverişli coğrafi mövqeyi, beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətlərinin genişləndirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verib. 

Görüşdə Azərbaycan və İtaliya Dəmir Yolları arasında qarşılıqlı əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Tərəflər Azərbaycanda dəmir yollarının və hərəkət heyətinin yenilənməsi sayəsində yaradılan yeni imkanlar, Avropa-Asiya marşrutu ilə yüklərin nəqli sahəsində görülən işlər, dəmir yollarının üstünlükləri və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari Azərbaycanın nəqliyyat sektorunda, o cümlədən dəmir yolunda həyata keçirilən genişmiqyaslı islahatların aparıldığını, eyni zamanda “Azərbaycan Dəmir Yolları” ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. 

Görüşdə ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsi qərara alınıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır