NƏQLİYYAT

Tehran-Ankara dəmir yolu işə salınır
27 MAY
324

Tehran-Ankara dəmir yolu işə salınır

2019-05-27 16:41:00

Tehran-Ankara sərnişin qatarı yenidən işə başlayacaq.

Fins.az Oxxu.az-a istinadən xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini Səid Rəsuli bildirib.

Onun sözlərinə görə, bu dəmir yolunun yenidən işə başlaması üçün müzakirələr aparılıb və tezliklə Tehran-Təbriz-Van-Ankara istiqamətində qatarkar hərəkət edəcək.

S.Rəsulinin sözlərinə görə, İran MDB ölkələrinin dəmir yolları şurasına üzv seçilib və bu anlaşmanın imzalanması ölkənin Orta Asiya dövlətləri ilə yük daşınmalarının artmasına müsbət təsir göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır