NƏQLİYYAT

Yol qəzaları ilə bağlı vahid çağrı mərkəzi
12 YANVAR
254

Yol qəzaları ilə bağlı vahid çağrı mərkəzi

2019-01-12 12:32:00

Fins.az-ın məlumatına görə, Azərbaycanda yol qəzaları ilə bağlı vahid çağrı mərkəzi yaradılacaq. Bununla bağlı məsələ "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb. Proqramda həmçinin yol-nəqliyyat hadisələri ilə bağlı xilasetmə, təcili və təxirəsalınmaz tibbi yardım tədbirlərini həyata keçirən aidiyyəti qurumlar arasında əlaqələndirmənin gücləndirilməsi, vahid çağrı mərkəzinin yaradılması, yol-nəqliyyat hadisələrinin qeydiyyatı sisteminin və ilk tibbi yardım göstərilməsi işinin təkmilləşdirilməsi, yol-nəqliyyat hadisələrinin müntəzəm baş verdiyi yerlərin-qəza ocaqlarının müəyyən edilməsi və qəzaların səbəblərinin aradan qaldırılması işinin təkmilləşdirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264